600 ₼
Vakansiya haqqında
Komandamıza peşəkar və yaradıcı düşüncəyə malik Sosial Media Meneceri (SMM) axtarırıq.
İş şəraiti:
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
İş qrafiki: Bazar ertəsi – Cümə | 9:00 – 17:00
Ofis: Sədərək Ticarət Mərkəzi yaxınlığındadır
Əlaqə: 050 994 80 95
Yalnız bəy namizədlər müraciət edə bilər və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
SMM sahəsində minimum 1 il peşəkar iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl yazılı ünsiyyət bacarığı (ingilis və rus dili bilikləri üstünlükdür);
Sosial media platformalarının alqoritmləri və trendləri haqqında geniş bilik;
Məsuliyyətli, operativ və yaradıcı düşüncə tərzi;
Komanda ilə işləmək və eyni zamanda işləri müstəqil idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
* Instagram, Facebook, TikTok və Youtube platformalarının peşəkar şəkildə idarə edilməsi;
* Aylıq kontent və post planlarının hazırlanması;
* Paylaşım mətnlərinin hazırlanması;
* Gündəlik post, reels və story paylaşımlarının planlaşdırılması və paylaşılması;
* Sosial media trendlərinin daim izlənilməsi və tətbiqi;
* Gələn mesaj və rəylərin operativ cavablandırılması;
* Hər ay üzrə sosial media hesabatlarının hazırlanması;
* Reklam kampaniyalarının idarə olunması.
Oxşar vakansiyalar
Korporativ Satış və Dövlət Satınalmaları üzrə Mütəxəssis
EuroStar • Bakı
Satıcı
MERTMAKİNA • Bakı
Satıcı
ELM GALAXY • Bakı
Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - Xaçmaz filialı
Prior Leasing • Bakı
Marketinq menecer
Olivia Beauty & Care • Bakı
Merçendayzer
Olivia Beauty & Care • Bakı