M

M Bulak BOKT MMC

Son tarix: 28 Noyabr 2026

Kredit mütəxəssisi (Sabirabad şəhəri) - M Bulak BOKT MMC

Maliyyə və MühasibatlıqSabirabadTam Ştat28 Oktyabr 2026128

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə tələbləri:

  • Ali və ya orta ixtisas təhsili;
  • Kredit və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
  • Stress altında işləmə bacarığı.
  • Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı.
  • Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri haqqında biliklər;
  • Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı;

İşin təsviri:

  • Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi barədə ətraflı məlumat verilməsi;
  • Kredit müraciətlərinin qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili;
  • Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi;
  • Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət edilməsi;
  • Müəyyən edilmiş kredit hədəflərinin yerinə yetirilməsi;
  • Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət olunması.

İş şəraiti:

  • İş saatı 09:00-18:00 dək
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş yeri: Sabirabad şəhəri
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Kredit mütəxəssisi” başlığı ilə göndərə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar