D
Delta Kid
Layihə Koordinatoru / Meneceri - Delta Kid (Bakı, 2026)
400 ₼
Vakansiya haqqında
Uşaq Mərkəzinin yaradılması üzrə Layihə Koordinatoru / Meneceri
Vəzifənin məqsədi
Bakıda yaradılacaq uşaq mərkəzinin məkanın seçilməsindən başlayaraq təmir, təchizat, komandanın formalaşdırılması və rəsmi açılışa qədər bütün proseslərini koordinasiya edəcək məsuliyyətli və təşkilatçılıq qabiliyyətinə malik mütəxəssis axtarılır.
Əməkdaşlıq şərtləri
- Əməkdaşlıq outsourcing / xidmət göstərilməsi formatında nəzərdə tutulur.
- Xidmət haqqı həftəlik ödəniləcək.
- Ödəniş məbləği namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.
- Obyektin, podratçıların və əməkdaşların yekun seçimi, büdcə və satınalma qərarları rəhbərlik tərəfindən təsdiq edilir.
- Mərkəz fəaliyyətə başladıqdan sonra uğurlu əməkdaşlıq olduğu təqdirdə namizədə mərkəzin idarə edilməsinin həvalə edilməsi mümkündür.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini və həyata keçirdikləri oxşar layihələr barədə qısa məlumatı təqdim edə bilərlər.
Tələblər:
- Layihələrin idarə edilməsi, obyektlərin sıfırdan yaradılması və ya açılışa hazırlanması sahəsində təcrübə arzuolunandır.
- Bakı daşınmaz əmlak bazarını tanımaq.
- Podratçılar və təchizatçılarla işləmək, qiymətləri və kommersiya təkliflərini müqayisə etmək bacarığı.
- Güclü təşkilatçılıq, koordinasiya və danışıqlar aparmaq bacarığı.
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
- Azərbaycan və rus dillərini bilmək vacibdir. İngilis və/və ya türk dili üstünlükdür.
- Layihə üzrə obyektlərdə mütəmadi iştirak etmək imkanı.
Vəzifə öhdəlikləri:
- Uyğun məkanların araşdırılması, icarə şərtlərinin müqayisəsi və rəhbərliyə təkliflərin təqdim edilməsi.
- Dizaynerlərin, tikinti briqadalarının, podratçıların və təchizatçıların axtarışı və işlərinin koordinasiyası.
- Təmir, layihələndirmə, mebel və avadanlıqların sifarişi, çatdırılması və quraşdırılmasına nəzarət.
- Layihə qrafikinin hazırlanması, müddətlərə və təsdiq edilmiş büdcəyə uyğunluğun izlənilməsi.
- Uşaq mərkəzinin təhlükəsizlik, texniki və digər zəruri tələblərə uyğun hazırlanması prosesinin koordinasiyası.
- Mərkəz üçün komandanın formalaşdırılması və işçilərin seçimi prosesinin təşkili.
- Açılışa hazırlıq planının icrasına və mərkəzin vaxtında fəaliyyətə başlamasına nəzarət.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
D
Ofis meneceri
Dörd Qardaş MTK
BakıTam Ştat
800 ₼Bugün
U
Ofis Meneceri
UPGRADE CONSTRUCTİON
BakıTam Ştat
600 ₼Bugün
T
Office Manager / Business & Consulting Support
TWC Management Consulting
BakıTam Ştat
Müsahibə əsasında31 Oktyabr 2026
G
Proje müdiri
Gül Yapı İnşaat
BakıTam Ştat
3000 ₼31 Oktyabr 2026
Ş
Ofis meneceri
ŞAM-1 MMC
BakıTam Ştat
600 ₼30 Oktyabr 2026
B
Planning Manager
Baku Shipyard LLC
BakıTam Ştat
Müsahibə əsasında30 Oktyabr 2026
