V

Veksa MMC

Son tarix: 19 Noyabr 2026

Logistika operatoru - Veksa MMC (Bakı, 2026)

Logistika və TəchizatBakıTam Ştat19 Oktyabr 202645

600 ₼

Vakansiya haqqında

 

İş qrafiki: I – V günlər (09:00 – 18:00), .

Əlaqə rejimi: Təcili hallarda (yük yolda olarkən) iş saatlarından kənar zəngləri və mesajları operativ cavablandırmaq hazırlığı.

Tələblər:

 

Təhsil: Ali təhsil (Logistika, Nəqliyyatın idarə olunması, Beynəlxalq münasibətlər və ya İqtisadiyyat sahəsi üstünlükdür).

İş təcrübəsi: Logistika, nəqliyyat və ya ekspedisiya sahəsində iş təcrübəsi arzuolunandır.

Dil bilikləri:

  1. Azərbaycan dili — Əla
  2. Rus dili — Yaxşı
  3. İngilis dili — Yaxşı (yazışma və danışıq səviyyəsində; xüsusilə xarici tərəfdaşlarla iş üçün)

Kompüter bilikləri: MS Office (xüsusilə Excel dərin biliklər), logistika və yük axtarış platformaları ilə işləmək bacarığı.

 

Vəzifə öhdəlikləri:

Yükdaşımaların idarə edilməsi: Beynəlxalq və daxili yükdaşımaların (avto, dəmir yolu, dəniz və ya hava) ilkin mərhələdən təhvil prosesinə qədər koordinasiyası və izlənməsi.

Müştəri və tərəfdaşlarla əlaqə: Sifarişçilər, daşıyıcılar, gömrük təmsilçiləri və xarici tərəfdaşlarla gündəlik operativ ünsiyyətin saxlanılması.

Sənədləşmə işləri: Nəqliyyat və yük sənədlərinin (CMR, Bill of Lading, Invoice, Packing List, dəmir yolu qaimələri və s.) düzgünlüyünün yoxlanılması və hazırlanması.

Logistik marşrutların təhlili: Optimal marşrutların, nəqliyyat növlərinin və yük qiymətləndirmələrinin aparılması.

Məlumat bazasının idarə olunması: Sifarişlərin və yüklərin statusunun daxili proqram təminatına (CRM/ERP) vaxtında və dəqiq daxil edilməsi.

 

Oxşar vakansiyalar