B

BlackWell MMC

Son tarix: 19 Noyabr 2026

Satınalma üzrə kiçik mütəxəssis - BlackWell MMC (Bakı, 2026)

Logistika və TəchizatBakıTam Ştat19 Oktyabr 202631

600 ₼

Vakansiya haqqında

BlackWell-in neft-qaz və sənaye təchizatı fəaliyyətini dəstəkləmək üçün xarici bazarlarda məhsul və təchizatçı araşdırması aparmaq, rəqabətli kommersiya təklifləri toplamaq və satınalma sorğularının vaxtında icrasını təmin etmək.

Bonus sistemi:

  1. Vaxtında icra: tapşırıqların və satınalma sorğularının razılaşdırılmış deadline-lara uyğun tamamlanması.
  2. Sourcing keyfiyyəti: uyğun məhsul və etibarlı təchizatçıların müəyyənləşdirilməsi, rəqabətli təkliflərin toplanması.
  3. Dəqiqlik: texniki məlumatların, qiymətlərin və ERP qeydlərinin düzgünlüyü.
  4. Operativlik: təchizatçı sorğularının vaxtında göndərilməsi və müntəzəm izlənməsi.
  5. Satınalma bonusu: uğurla həyata keçirilən alışlar üzrə şirkət tərəfindən əvvəlcədən təsdiqlənmiş bonus mexanizmi tətbiq olunur.

 

Əməkhaqqı və inkişaf imkanları:

  1. Aylıq sabit əməkhaqqı: 600–800 AZN net.
  2. Bonus — əvvəlcədən razılaşdırılmış qaydalar və nəticələr əsasında.
  3. Peşəkar inkişaf və gələcəkdə Procurement Specialist vəzifəsinə yüksəlmək imkanı.

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər CV formalarını [email protected] email ünvanına yönləndirə bilər.

Tələblər:

  1. Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
  2. İngilis dilini sərbəst bilmək; xarici təchizatçılarla müstəqil yazışmaq və danışıqlar aparmaq bacarığı.
  3. ERP sistemləri barədə bilik və ERP-də işləmək bacarığı; Odoo təcrübəsi üstünlükdür.
  4. Microsoft Outlook-da işləmək bacarığı, e-poçt yazışmalarını və sorğuları izləmək bacarığı.
  5. Xarici bazarlarda məhsul, istehsalçı və təchizatçı araşdırması (market research & sourcing) aparmaq bacarığı.
  6. Texniki məhsulların, sənaye avadanlıqlarının və ehtiyat hissələrinin axtarışına maraq.
  7. Microsoft Excel-də qiymət müqayisəsi və hesabat hazırlamaq bacarığı.
  8. Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri:

  1. Daxil olan satınalma sorğularını araşdırmaq və tələbə uyğun məhsulları müəyyənləşdirmək.
  2. Xarici istehsalçıları, rəsmi distribütorları və etibarlı təchizatçıları tapmaq.
  3. Qiymət təklifləri, texniki sənədlər, çatdırılma müddətləri və ödəniş şərtlərini toplamaq.
  4. Təklifləri qiymət, texniki uyğunluq, çatdırılma və kommersiya şərtləri üzrə müqayisə etmək.
  5. Satınalma məlumatlarını ERP sisteminə daxil etmək və mütəmadi yeniləmək.
  6. Outlook vasitəsilə təchizatçılarla yazışmaları aparmaq və cavabların vaxtında alınmasını izləmək.
  7. Tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək və tələb olunan hesabatları təqdim etmək.

Oxşar vakansiyalar