Z
Zeytun Pharmaceuticals
Logistika Şöbə Müdiri
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Məhsulların sifarişi, nəqliyyat vasitələri ilə daşınması, anbara qəbulu və ehtiyatların düzgün idarə olunması proseslərinə ümumi nəzarətin təşkili
- Təchizat zənciri üzrə bütün mərhələlərin (sifariş, daşınma, qəbul, paylama) koordinasiyası və fasiləsizliyinin təmin edilməsi
- Məhsullar üzrə gömrük əməliyyatlarının qanunvericiliyə uyğun və operativ şəkildə həyata keçirilməsinə nəzarət
- Sifarişlərin vaxtında yerləşdirilməsi, izlənilməsi və gecikmələrin qarşısının alınması
- Mövcud logistik sistemlərin təhlili, təkmilləşdirilməsi və yeni effektiv sistemlərin tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi
- Logistik proseslərin optimallaşdırılması, xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması
- Logistika ilə bağlı xərclərin analiz edilməsi, büdcənin planlaşdırılması və nəzarətdə saxlanılması
- Anbar və nəqliyyat proseslərinin effektiv idarə olunması üçün performans göstəricilərinin (KPI) müəyyən edilməsi və izlənilməsi
- Şöbə əməkdaşlarının işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik fəaliyyətə nəzarət
- Komandanın inkişafı, motivasiyası və peşəkar bacarıqlarının artırılması istiqamətində tədbirlərin görülməsi
- Digər şöbələrlə (satınalma, satış, maliyyə və s.) sıx əməkdaşlıq edilməsi
Tələblər:
- Logistika, təchizat zənciri və ya əlaqəli sahədə ali təhsil
- Müvafiq sahədə minimum 7 il iş təcrübəsi (rəhbər vəzifədə minimum 3 il)
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Liderlik və komanda idarəetmə qabiliyyəti
- MS Office və logistik proqramlarla işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili – ana dili, rus və ingilis dilləri – yüksək səviyyədə
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
"
Bugün
Anbardar
"Uğur R Nəqliyyat" MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
N
Bugün
Anbardar köməkçisi (ehtiyat hissələri üzrə)
Nurgun Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Fəhlə - Sürücü
Bazarkom Supply MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
Sürücü/ mal-material
Parrotias MMC • Bakı
Tam Ştat
550 ₼Müraciət et
Z
Bugün
Satınalma Meneceri
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
Bugün
Strateji Planlaşdırma və Təhlil üzrə Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et