Z

Zeytun Pharmaceuticals

Son tarix: 18 İyul 2026

Strateji Planlaşdırma və Təhlil üzrə Aparıcı Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat18 İyun 202628

Müsahibə əsasında

Vakansiya haqqında

Tələblər:

  • Ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
  • Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;

Vəzifə öhdəliki:

  • Şirkətin məhsul portfelindəki qalıq səviyyələrini mütəmadi izləmək, stoku azalan və ya bitən (Out of Stock) çeşidləri vaxtında müəyyən etmək; defisitin yaranma səbəblərini (tədarükçü, logistika, sənədləşmə, qeydiyyat və s.) qruplaşdıraraq itirilmiş satış potensialını hesablamaq və həll yolları təklif etmək
  • Yerli və xarici tədarükçülərin/istehsalçıların performansını, satış paylarını və tədarük zəncirinin səmərəliliyini dinamik şəkildə analiz etmək, alış trendlərini proqnozlaşdırmaq
  • Beynəlxalq və yerli analitik data bazalarından (məsələn, IQVIA) istifadə edərək top-məhsulların bazardakı mövqeyini, rəqiblərlə olan pay fərqlərini qiymətləndirmək və strateji böyümə boşluqlarını aşkar etmək
  • 1C ERP sistemindən və digər daxili mənbələrdən gələn böyük verilənlər bazasını Microsoft Excel (Advanced) və Power Query mühitində emal etmək, data təmizləmə (data cleaning, unpivoting) proseslərini icra etmək
  • İT və texniki komandalarla koordinasiyalı şəkildə işləyərək daxili ERP sistemləri üzərində analitik izləmə uzantılarının/modullarının test edilməsi və tətbiqi prosesinə rəhbərlik etmək
  • Hesabatların daha interaktiv və vizual olması üçün Power BI mühitində idarəetmə panelləri (dashboards) hazırlamaq və biznes KPI-larını rəqəmsallaşdırmaq
  • Mürəkkəb analitik nəticələri rəhbərliyin operativ və strateji qərar qəbul edə biləcəyi şəkildə qısa, konkret və peşəkar işgüzar mətnlər/təqdimatlar formasına salmaq

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – 1500-2000 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar