S

Superfon

Son tarix: 9 Oktyabr 2026

Mağaza Satışları və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

Marketinq və SatışBakıTam Ştat9 Sentyabr 202654

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair tələblər:

  • Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Pərakəndə, ticari marketinq, kateqoriya marketinqi və ya satış sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Pərakəndə promoları, paket satış, əlavə satış və qiymət kampaniyaları üzrə praktiki biliklər;
  • Topdan və pərakəndə kanal konfliktləri və retailer marjası üzrə anlayış;
  • Orta çek, səbətdə məhsul sayı, konversiya, ümumi marja, kampaniya artımı və gəlirlilik göstəriciləri ilə işləmək bacarığı;

Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

  • Mağaza əməliyyatları, satış və merçendayzinq komandaları ilə koordinasiya bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət.

Vəzifələr:

  • Şirkətin öz mağazaları və xüsusi pərakəndə kanalları üzrə kommersiya kampaniyalarını və satış mexanikalarını hazırlamaq;
  • Ticari marketinq promoları, mövsümi kampaniyalar və kateqoriya təşviqlərini hazırlamaq;
  • Mağaza satışlarının artırılması ilə yanaşı topdan müştərilərin kommersiya maraqlarını qorumaq;
  • Topdan və pərakəndə qiymət fərqlərini izləmək, kanal konfliktlərinin qarşısını almaq;
  • Kampaniyaların qiymət, marja və satış nəticələrini analiz etmək;
  • Marka inkişafı və təchizatçı kampaniyalarını retail kanalına uyğunlaşdırmaq;
  • Mağaza kampaniyaları üçün kommersiya tapşırıqlarını hazırlamaq;
  • Pərakəndə İcra və Mağaza İnkişafı komandaları ilə işlərin koordinasiyasını təmin etmək;
  • Satış və marja performansını izləmək, inkişaf istiqamətində təkliflər vermək.

Üstünlük veriləcək:

  • İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
  • Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
  • İngilis dili biliyi;
  • Çoxkanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
  • Şəxsi avtomobilin olması.

Şirkət tərəfindən:

  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Əlaqə: 0512058862

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar