A
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Maliyyə idarəetməsi departamenti \ Daxili mühasibatlıq şöbəsi \ Böyük mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın inzibati idarəetmə xərcləri üzrə ödənişləri həyata keçirir;
- Mərkəzi Banka alınan mallar ( iş və xidmətlər) üzrə təqdim edilmiş müqavilələrin reyestri və icrasına nəzarəti həyata keçirir;
- Mərkəzi Bankın əməliyyat xərcləri və gəlir maddələrinin rəsmilləşdirilməsi üzrə əməliyyatlar həyata keçirir və uçotunu aparır, tələb olunan formatda hesabat və məlumatları hazırlayır;
- Mərkəzi Bankın debitor və kreditorları üzrə əməliyyatların uçotunu aparır;
- Mərkəzi Bankın işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə tutulan vergilər, MDSS haqqı və digər tutulmalarla bağlı əməliyyatları həyata keçirir, həmçinin müvafiq dövlət orqanlarının tələblərinə uyğun formada dövri hesabatlar hazırlayır;
- Mərkəzi Bankın əməkdaşlarının ezamiyyə prosesi ilə bağlı əməliyyatları həyata keçirir və uçotunu aparır;
- Mərkəzi Bankın alınmış material ehtiyatlarının uçotunu aparır;
- Mərkəzi Bankın əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır, tələb olunan formada hesabat və məlumatları hazırlayır;
- Mərkəzi Bankın inventarizasiya proseslərində iştirak edir;
- Bankdaxili mühasibat əməliyyatlarının gündəlik olaraq analitik və sintetik uçotunu aparır;
- Mərkəzi Bankda Avtomatlaşdırılmış Bank Əməliyyat Sisteminin inkişaf etdirilməsi proseslərində iştirak edir;
- Şöbənin funksiyarına aid müxtəlif hesabatları, müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
- Kreditlər üzrə müraciətlərin qəbulu, təhlili və rəsmiləşdirilməsini həyata keçirməklə kredit qalıqlarına nəzarət edir, təhlillər aparır;
- Kredit və girovların uçotunu aparır və monitorinqinin həyata keçirir;
- Bankdaxili mühasibatlıq üzrə ilkin sənədlərin müəyyən olunmuş qaydada saxlanılmasını və arxivləşdirilməsini həyata keçirir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılmasını həyata keçirir və təkliflər hazırlayır;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Araşdırma aparma
- İntensiv iş rejimində işləmək bacarığı
- Komandada işləmə
- Məsuliyyətlilik
- Strateji düşüncə
- Stressə dözümlülük
- Təkmilləşməyə meyllilik
- Təqdimat bacarıqları
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
- Vaxtın idarə edilməsi
Texniki kompetensiyalar
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İFRS) üzrə biliklər
- Mühasibat və vergi uçotunu tənzimləyən qanunvericilik üzrə biliklər
- Əmək Qanunvericiliyi
Təcrübə
- Mühasib vəzifəsi üzrə - 5 il
Təhsil
- Müvafiq sahədə ali təhsil (iqtisadiyyat, maliyyə və mühasibat uçotu ixtisasları üzrə)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office – yüksək səviyyədə
Sertifikasiya
- PMS, İFRS sertifikatları - arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
T
Bugün
Əmək haqqı üzrə mühasib
TAB MMC • Bakı
Tam Ştat
—Müraciət et
P
Bugün
Rəqəmsal dələduzluq əməliyyatlar qrupu üzrə kiçik mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Audit üzrə Mütəxəssis
ASEL Kredit • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Bugün
Maliyyə idarəetməsi departamenti \ Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi \ Şöbə rəisi
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Vergi uçotu üzrə mühasib
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Ə
Bugün
Sığorta və Risklərin idarə edilməsi departamenti - Şöbə müdiri
Əmanətlərin Sığortalanması Fondu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et