A
Avromed Company MMC
Maliyyə planlaması və hesabatlığı üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- İllik büdcə, proqnoz və uzunmüddətli maliyyə planlarının hazırlanması və yenilənməsi;
- Mənfəət və zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə maliyyə modellərinin hazırlanması;
- Faktiki nəticələrin büdcə, proqnoz və əvvəlki dövrlə müqayisəli təhlili;
- Ehtiyatlar, debitor və kreditor borclarının təhlili, dövriyyə kapitalı və pul axını proqnozlarının hazırlanması;
- Aylıq idarəetmə və analitik hesabatların hazırlanması;
- Maliyyə və mühasibat uçotu strukturunun, hesablar planının və analitik uçotun qurulmasında iştirak;
- Ehtiyatlar, maya dəyəri, gəlirlər, debitor/kreditor borcları və əsas vəsaitlər üzrə uçot proseslərinin təkmilləşdirilməsində iştirak;
- Ay sonu bağlanış prosesində əsas hesabların üzləşdirilməsi və analitik təhlili;
- ERP/1C sistemində maliyyə və idarəetmə hesabatlılığı strukturunun qurulmasında iştirak;
- Maliyyə proseslərinin avtomatlaşdırılması, daxili nəzarətlərin təkmilləşdirilməsi və digər funksiyalarla əməkdaşlıq.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- FP&A, maliyyə təhlili, idarəetmə hesabatlılığı və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- Maliyyə və mühasibat uçotu prinsipləri, ikili yazılış sistemi və maliyyə hesabatları üzrə güclü bilik;
- Büdcələmə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi üzrə praktiki təcrübə;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- ERP/1C və ya digər mühasibat sistemləri ilə iş təcrübəsi;
- Böyük həcmli maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyən etmək və nəticə çıxarmaq bacarığı;
- Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Müxtəlif funksiyalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
- ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil/təcrübə üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Paşa sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
M
Bugün
Baş Maliyyə Mütəxəssisi / Maliyyə Direktoru
M-Trans • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis
Bank Avrasiya • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Commercial & Leasing Manager (Office Space Rentals)
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Baş mühasib / Maliyyə Meneceri
General Supply • Bakı
Tam Ştat
4000 ₼Müraciət et
G
Bugün
Kredit mütəxəssisi
GL ASC (Sizin Lombard) • Bakı
Yarım Ştat
400 ₼Müraciət et
F
Bugün
Tovuz üzrə Kredit Satış Mütəxəssisi (Birbaşa satış)
Finca Azerbaijan • Tovuz
Tam Ştat
Müsahibə əsasındaMüraciət et