F

Fairmont Baku

Son tarix: 31 Avqust 2026

Malların qəbulu üzrə işçi

Logistika və TəchizatBakıTam Ştat31 İyul 2026115

Müsahibə əsasında

Vakansiya haqqında

Əmək funksiyası.

  • Otelə daxil olan malların qəbulunu həyata keçirmək;
  • Malların sifariş sənədlərinə uyğun olaraq miqdarını, keyfiyyətini, çəkisini və vəziyyətini yoxlamaq;
  • Qəbul zamanı çatışmayan, gecikən və ya uyğunsuz malları qeydiyyata almaq və rəhbərliyə məlumat vermək;
  • Malların qəbulu ilə bağlı bütün sənədləri düzgün tərtib etmək və müvafiq qaydada qeydiyyata almaq;
  • Faktura və digər rəsmi sənədlərin düzgün təsdiqlənməsini təmin etmək;
  • Qəbul edilən malların aidiyyəti anbar və ya şöbələrə düzgün yerləşdirilməsini təmin etmək;
  • Gündəlik qəbul hesabatlarını hazırlamaq və mühasibatlıq şöbəsinə təqdim etmək;
  • Gündəlik, həftəlik və aylıq inventar proseslərində iştirak etmək;
  • Malların qəbulu sahəsinin təmiz, səliqəli və təhlükəsizlik tələblərinə uyğun saxlanılmasını təmin etmək;
  • Şirkətin sağlamlıq və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • Avadanlıqlardan düzgün və səmərəli istifadə etmək;
  • Digər şöbələrlə səmərəli əməkdaşlıq etmək;
  • Şöbə iclaslarında və təlimlərdə iştirak etmək;

Tələblər:

  • Malların qəbulu, anbar, satınalma və ya logistika sahəsində iş təcrübəsi arzuolunandır;
  • Otelçilik sahəsində iş təcrübəsi üstünlükdür;
  • Diqqətli, məsuliyyətli və dəqiq işləmək bacarığı;
  • Yaxşı təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Kompüter bilikləri və inventar/satınalma proqramları ilə işləmək bacarığı üstünlükdür;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Fiziki yüklərlə işləmək bacarığı;
  • İşgüzar davranış və peşəkar xarici görünüş.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar