C

Celt Colleges

Son tarix: 22 Sentyabr 2026

Manager Assistant / Office Manager

İnzibati İşlərBakıYarım Ştat22 Avqust 202696

Müsahibə əsasında

Vakansiya haqqında

CELT Colleges-ə Manager Assistant / Office Manager vəzifəsinə vakansiya elan olunur!

İş barədə məlumat:

  • Mərkəzin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
  • Rəhbərliyə inzibati və təşkilati dəstəyin göstərilməsi;
  • Telefon zənglərinin və elektron məktubların cavablandırılması;
  • Tələbələrin qeydiyyatı, məlumat bazasının və sənədlərin idarə olunması;
  • Dərs cədvəllərinin hazırlanması və müəllimlərin qrafiklərinin koordinasiyası;
  • Valideynlər və tələbələrlə peşəkar ünsiyyətin qurulması;
  • Ofis sənədlərinin hazırlanması, arxivləşdirilməsi və hesabatların tərtib olunması;
  • Ofisin gündəlik iş prosesinin səmərəli təşkilinə nəzarət;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

İş qrafiki:

  • 09:00 – 19:30
  • 10:00 – 20:30
  • Yarımştat (part-time) iş qrafiki axtaran şəxslərdən CV göndərməmələri xahiş olunur.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq, ingilis dilini yaxşı səviyyədə bilməsi (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, operativ, diqqətli və komandada işləmə bacarığı;
  • Ofis meneceri, administrator və ya menecer köməkçisi kimi iş təcrübəsinə üstünlük verilir;
  • Səliqəli xarici görünüş və yüksək etik davranış.

Maraqlanan namizədlər CV-lərini "Manager Assistant / Office Manager" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə:

  • +994 50 427 12 03
  • +994 50 211 35 56

Bütün namizədlərin müraciətləri diqqətlə nəzərdən keçiriləcək və nəticə barədə məlumat veriləcəkdir. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Oxşar vakansiyalar