M
Melissa Group
Marketinq Şöbə Rəhbəri
4000 ₼
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı
- Əməkhaqqı: 4000 -5000 AZN
- İş rejimi: Tam iş günü, həftədə 5 gün
Newcond şirkəti marketinq strategiyasının formalaşdırılması, brendin inkişafı və marketinq fəaliyyətlərinin idarə edilməsi üzrə komandaya rəhbərlik edəcək Marketinq Rəhbəri axtarır.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İllik və rüblük marketinq planlarının hazırlanması, büdcənin idarə olunması;
- Brendin mövqeləndirilməsi və bazarda tanınmasının gücləndirilməsi;
- Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
- Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
- Bazar, rəqib və müştəri davranışlarının araşdırılması;
- Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
- Lead generation, müştəri cəlbi və satışla əməkdaşlıq proseslərinin inkişaf etdirilməsi;
- Marketinq komandasına (digital, SMM, kontent və marketinq mütəxəssisləri) rəhbərlik etmək, illik və rüblük planı konkret tapşırıqlara, deadline-lara və fərdi KPI-lara bölmək, tapşırıqları yazılı brief ilə vermək və icrasını mütəmadi izləmək
- Komandanın işinin keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət etmək, geri bildirim və mentorluq vasitəsilə mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək, performansı müntəzəm qiymətləndirmək
- Daxili komanda, agentliklər və frilanserlər arasında iş yükünü düzgün bölüşdürmək, komandada nəticəyə yönümlü və şəffaf iş mədəniyyəti formalaşdırmaq
- Marketinq xərclərinin və büdcəsinin səmərəli idarə olunması;
- Rəhbərliyə mütəmadi hesabatların və analitik təqdimatların hazırlanması;
- Marketinq proseslərinin optimallaşdırılması və yeni marketinq alətlərinin tətbiqi.
Namizədə tələblər
- Marketinq, biznes idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- Google Analytics, Google Ads, Meta Ads və digər rəqəmsal marketinq platformaları üzrə praktiki bilik
- Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
- Digital marketing, SMM, performance marketing və brend idarəetməsi üzrə biliklər;
- Bazar və rəqib analizləri aparmaq bacarığı;
- Marketinq büdcəsinin idarə olunması üzrə təcrübə;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dili - sərbəst, ingilis dili biliyi B2 və yuxarı səviyyə (rus dili üstünlükdür)
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı istifadə bacarığı.
CV-nizi mövzu hissəsində “Marketinq Şöbə Rəhbəri” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
T
Bugün
B2B Satış mütəxəssisi
Trywex Tech • Bakı
Tam Ştat
—Müraciət et
A
Bugün
Sığorta üzrə Mütəxəssis
Ateshgah Sigorta • Bakı
Tam Ştat
—Müraciət et
M
Bugün
SMM
MyDom Daşınmaz Əmlak Agentliyi • Bakı
Tam Ştat
200 ₼Müraciət et
P
Bugün
Satış nümayəndəsi & OTC
PARLA Pharmaceuticals • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Satış meneceri
ADIS Azerbaijan • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Satıcı
Burda • Bakı
Tam Ştat
350 ₼Müraciət et