1
166 Yükdaşıma və Logistika
Marketinq üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Marketinq üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.
Tələblər:
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Sosial media platformaları və onların idarə olunması üzrə yaxşı biliklər;
- Kontent planlaşdırılması və marketinq fəaliyyətlərinin təşkili sahəsində təcrübə;
- Tapşırıqların idarə olunması və koordinasiya bacarıqları;
- Analitik düşüncə və effektiv ünsiyyət bacarıqları;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmət istiqamətləri üzrə marketinq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək;
- Xidmət rəhbərləri ilə müntəzəm əlaqədə olaraq marketinq ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyət planları hazırlamaq;
- Sosial media üzrə kontent planlarının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Foto və video çəkilişlərinin təşkili, ssenarilərin və çəkiliş planlarının hazırlanmasını koordinasiya etmək;
- Dizayner, kopirayter, motion dizayner və digər komanda üzvləri üçün briflərin hazırlanmasını təmin etmək və tapşırıqları koordinasiya etmək;
- Hazırlanmış marketinq materiallarının yoxlanılması və təsdiqlənməsi prosesində iştirak etmək;
- Sosial media hesablarında paylaşımların planlaşdırılmasını və dərc edilməsini təmin etmək;
- Marketinq kampaniyalarının icrasını izləmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
- Müxtəlif xidmət istiqamətləri üzrə aksiya və kampaniyaların hazırlanmasında iştirak etmək;
- Komandadaxili iş bölgüsünü və tapşırıqların koordinasiyasını təmin etmək, işlərin vaxtında tamamlanmasına nəzarət etmək;
- Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və inkişaf üzrə təkliflər vermək.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV və portfolio-larını “Marketinq üzrə aparıcı mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiyalar
T
Bugün
Satış təmsilçisi
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi • Bakı
Tam Ştat
400 ₼Müraciət et
K
Bugün
Mağaza anbar əməkdaşı
Karaca • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Bugün
Satış məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Bugün
Satış və müştəri xidməti üzrə mütəxəssis
Baku Hotel Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Satış Məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
Bugün
Satıcı
Brend House • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et