Mebel İstehsalı Sexi

Son tarix: 9 Noyabr 2026

Mebel istehsalı üzrə rəhbər

İstehsalatBakıTam Ştat9 Oktyabr 202637

1500 ₼

Vakansiya haqqında

Mebel istehsalı sexində iş prosesinin təşkili, idarə olunması və istehsalatın tamlığına nəzarət edəcək, eyni zamanda texniki və təşkilati işləri bacaran təcrübəli İstehsalat Rəhbəri axtarırıq.

 

 

İşəgötürən: Mebel İstehsalı Sexi

Məşğulluq növü: Tam iş günü

Əmək haqqı: Razılaşma yolu ilə (namizədin təcrübəsinə əsasən)

Tələblər:

 

* Liderlik və idarəetmə qabiliyyəti.

* Problemləri çevik həll etmək bacarığı.

* Mebel sahəsində zəngin iş təcrübəsi.

 

Vəzifə öhdəlikləri:

 

* Ölçü işlərinin aparılması: Məkanlarda mebel üçün sahənin dəqiq ölçülərini götürməyi mükəmməl bilməli.

* Eskiz və cizgi (çertyoj) bilikləri: Mebel eskizlərinin və texniki cizgilərinin (çertyojlarının) qaydalarını və proqramlarını bilməli, istehsalata düzgün ötürülməsini təmin etməli.

* Kadr idarəçiliyi və işçi axtarışı: İstehsalatda ehtiyac yarandıqda (usta, rəngsaz, montajçı və s.) çevik şəkildə əlavə işçilərin tapılması və komandaya cəlb edilməsi təcrübəsinə malik olmalı.

* Marketinq və Reklam təcrübəsi: Sexin fəaliyyətini, xidmətlərini və ya məhsullarını tanıtmaq üçün reklam vermək, sifarişçi bazasını genişləndirmək təcrübəsi olmalı.

* İstehsalat prosesində nizam-intizama, keyfiyyətə və təhlükəsizlik qaydalarına nəzarət etmək.

 

Oxşar vakansiyalar