KAYA DİZAYN
Mebel Konstruktoru - KAYA DİZAYN (Bakı, 2026)
1000 ₼
Vakansiya haqqında
İş şəraiti
* Peşəkar komanda ilə işləmək;
* Müxtəlif mebel layihələrində iştirak etmək;
* Əməkhaqqının bilik və təcrübəyə uyğun müəyyən edilməsi.
Müraciət qaydası: Namizədlər CV-lərini və varsa, əvvəlki layihələrindən nümunələri təqdim edə bilərlər.
Tələblər:
* Mebel istehsalı və konstruksiyası sahəsində iş təcrübəsi;
* Mebel ölçülərini düzgün götürmək və texniki ölçüləri dəqiq hesablamaq bacarığı;
* Mebel dizaynı ilə texniki konstruksiya arasındakı fərqi anlamaq;
* AutoCAD, ArchiCad və ya digər uyğun proqramlardan istifadə bacarığı;
* Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
* Dizayner, müştəri və istehsalat komandası ilə effektiv ünsiyyət qurmaq bacarığı;
* Məsuliyyətli, dəqiq və işini planlı şəkildə təşkil edən olmaq.
Vəzifə öhdəlikləri:
* Müştərilərin mənzillərində, evlərində və obyektlərində ölçülərin dəqiq götürülməsi;
* Müştərinin istək və tələblərinin öyrənilməsi, mebelin ölçülərinin, funksionallığının və texniki xüsusiyyətlərinin müəyyən edilməsi;
* Götürülmüş ölçülərin və müştəri tələblərinin dizaynerə ətraflı izah edilməsi;
* Dizaynerlə koordinasiyalı işləmək və layihənin texniki cəhətdən düzgün hazırlanmasına nəzarət etmək;
* Hazırlanmış dizayn layihəsinin müştəri ilə müzakirə olunması və son variantın təsdiqlənməsinin təmin edilməsi;
* Təsdiqlənmiş dizayn əsasında istehsal üçün ətraflı texniki çertyojların hazırlanması;
* Mebel detallarının ölçülərinin, materialların, furnituranın, birləşmələrin və konstruktiv həllərin dəqiq müəyyən edilməsi;
* Kəsim siyahısının və istehsal üçün zəruri texniki sənədlərin hazırlanması;
* Hazırlanmış layihənin istehsalat əməkdaşlarına izah edilməsi və istehsala təhvil verilməsi;
* İstehsal prosesində yaranan texniki sualların həllində iştirak edilməsi.
Oxşar vakansiyalar
Kamera ustası
Starvision • Sumqayıt
Masaj ustası
Forrest • Bakı
Usta köməkçisi
BYART MMC • Bakı
İstehsalat meneceri (Production Manager)
BRPG LLC • Bakı
Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / ÇİRES-in Keyfiyyətə nəzarət və laboratoriya bölməsi / Bölmə rəhbəri
AzerGold CJSC • Bakı
Keyfiyyətə Nəzarət üzrə müfəttiş
ASSAN-STP Panel • Bakı