A
AIMC (Azerbaijan International Mining Company)
Mədən Mühəndisi (Ağdərə)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Açıq mədən işlərinin gündəlik istehsalat proseslərini planlaşdırmaq, təşkil etmək və təsdiq edilmiş istehsalat planlarına uyğun icrasına nəzarət etmək;
- Yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi proseslərini koordinasiya etmək və onların səmərəli icrasını təmin etmək;
- Gündəlik, həftəlik, aylıq və illik istehsalat planlarının hazırlanmasında iştirak etmək, planların icrasını izləmək və plan-fakt təhlilləri aparmaq;
- Mədən layihələrinin, qazma-partlayış layihələrinin, istehsalat planlarının və digər texniki sənədlərin hazırlanmasında iştirak etmək, onların istehsalatda düzgün tətbiqinə nəzarət etmək;
- Mədən yollarının, iş meydançalarının, bermaların, rampaların, yamacların, drenaj sistemlərinin və digər istehsalat sahələrinin layihə parametrlərinə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Surpac, Micromine, AutoCAD və digər mədən proqramlarından istifadə etməklə mədən planlarını hazırlamaq, yeniləmək və istehsalat məlumatlarını təhlil etmək;
- İstehsalat göstəricilərini, texnika məhsuldarlığını və əməliyyat məlumatlarını təhlil etmək, texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Qazma-partlayış işlərinin layihəyə uyğun icrasına nəzarət etmək, nəticələri qiymətləndirmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- İstehsalat proseslərində yaranan texniki problemləri təhlil etmək, onların aradan qaldırılması və istehsalatın səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq;
- Kiçik Mədən Mühəndislərinin fəaliyyətini əlaqələndirmək, onlara metodiki və texniki dəstək göstərmək;
- Geologiya, Topoqrafiya, Geotexnika, Emal, Texniki Xidmət və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək grade control proseslərini, filizin selektiv hasilatını, mədən ölçmələrini və geotexniki tövsiyələrin icrasını koordinasiya etmək;
Tələblər
- Mədən Mühəndisliyi üzrə ali təhsil;
- İş təcrübəsi arzuolunandır (mədən sənayesində təcrübə üstünlük hesab olunur);
- Açıq mədən işlərinin planlaşdırılması və təşkili üzrə biliklər;
- Qazma-partlayış, yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi prosesləri üzrə biliklər;
- Mədən planlarını, layihələrini, texniki çertyojları və istehsalat sxemlərini hazırlamaq və oxumaq bacarığı;
- İstehsalat planlarının hazırlanması, plan-fakt təhlili və istehsalat göstəricilərinin qiymətləndirilməsi bacarığı;
- Surpac, Micromine, AutoCAD və digər mədən proqram təminatları üzrə biliklər;
- Mədən texnikalarının iş prinsipləri və məhsuldarlığının qiymətləndirilməsi üzrə biliklər;
- İngilis və rus dili bilikləri üstünlük hesab olunur.
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Ağdərə (Dəmirli)
- İş qrafiki: Növbəli rejim
- Ağdərə (Dəmirli) iş sahəsi üzrə yaşayış və qidalanma təminatı;
- Tibbi sığorta;
- Rəqabətqabiliyyətli əməkhaqqı
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Mədən Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Kiçik Geotexnik Mühəndisi (Ağdərə)
AIMC (Azerbaijan International Mining Company) • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Electrical Engineer
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik və Alət-Ölçü Mühəndisi (Electrical & Instrumentation Engineer)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Boru Kəmərləri və Metal Konstruksiyalar üzrə Mühəndis (Piping and Steel Structure Engineer)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Mexanika Mühəndisi (Sənaye Layihələri)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Xərclərə nəzarət üzrə mühəndis
Az-Caspian Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et