O

OBA marketlər şəbəkəsi

Son tarix: 28 Noyabr 2026

Məhkəmə işləri üzrə aparıcı hüquqşünas

HüquqBakıTam Ştat28 Oktyabr 2026108

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin hüquqi müşayiətini həyata keçirmək;
  • Şirkətin məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi maraqlarını təmsil etmək və müdafiə etmək;
  • Şirkətin adından iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
  • Şirkətin mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan qanunvericiliyə uyğun qaydada şikayət vermək;
  • Şirkətin daxili normativ sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək;
  • Etibarnamələrin, təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə orqanlarına aid sənədlərin və digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək;
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək;
  • Şirkətin struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə aparılan danışıqlarda iştirak etmək;
  • Şirkətdə yaradılan komissiyaların fəaliyyətində iştirak etmək və hüquqi məsələlər üzrə rəy vermək;
  • Rəhbərliyin tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata keçirmək.

Tələblər

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq;
  • Hüquq sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyini bilmək;
  • Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik olmaq;
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizası bacarığına malik olmaq;
  • Hüquqi riskləri müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
  • MS Office proqramlarından istifadə bacarığına malik olmaq;
  • Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmaq;
  • Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığına malik olmaq.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Yanacaq

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar