A
Avrora
Məhsul Meneceri - Avrora (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
- Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
- Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
- Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
- Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
- Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
- Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
- Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
- Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
- Excel, Power BI və SAP proqramları üzrə biliklər;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
- Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
- İngilis və Rus dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
E
Pərakəndə Bankçılıq Departamenti/ Satış və Xidmətə Dəstək şöbəsi/ Pərakəndə məhsulların satışının təşkili bölməsi/ koordinator
Express Bank
BakıTam Ştat
Müsahibə əsasındaBugün
C
B2B Sales Representative
Cassa
BakıTam Ştat
Müsahibə əsasındaBugün
G
Satış meneceri
Grand Aesthetics
BakıTam Ştat
600 ₼Bugün
L
Ərazi üzrə satış mütəxəssisi
"LAFT GROUP" MMC
BakıTam Ştat
400 ₼Bugün
H
Satıcı
Hədiyyə Mağazası
BakıTam Ştat
400 ₼Bugün
A
Satış meneceri
ASOR GROUP
BakıTam Ştat
700 ₼Bugün
