R

Radius

Son tarix: 16 Noyabr 2026

Məhsul meneceri (Product manager)

Marketinq və SatışBakıTam Ştat16 Oktyabr 202649

1500 ₼

Vakansiya haqqında

 Tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 25-40 yaş
  • Ali təhsil (iqtisadiyyat və ya biznesin idarə edilməsi);
  • Satınalma, məhsul idarəçiliyi və ya satış sahəsində minimum 3 il təcrübə;
  • Bazar, qiymət və satış təhlili aparmaq bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst işgüzar ünsiyyət;
  • Excel proqramında sərbəst işləmək bacarığı (1C biliyi üstünlükdür);
  • Analitik düşüncə, danışıqlar aparmaq və qərarvermə bacarığı;
  • Avtomobil və təkər bazarı üzrə təcrübə üstünlükdür. 

Öhdəliklər:

  • Təkər bazarını, rəqibləri və satış göstəricilərini təhlil etmək;
  • Məhsul çeşidini və qiymət siyasətini formalaşdırmaq;
  • Anbar ehtiyatlarını təhlil etmək və sifarişləri planlaşdırmaq;
  • Mövcud təchizatçılarla işləmək və yeni tərəfdaşlar cəlb etmək;
  • Məhsul məlumatlarının 1C bazasında aktuallığını təmin etmək;
  • Satış və marketinq komandaları ilə kampaniyalar, məhsul təqdimatları və təlimlər təşkil etmək;
  • Satışın artırılması üzrə təkliflər və müvafiq hesabatlar hazırlamaq.

İş şəraiti:

  • İş saatı: 09:00-18:00
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş rejimi: Həftənin 6 günü (şənbə – qısa iş günü), bazar – istirahət
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Əmək haqqı: 1500 AZN
  • Şirkət: Radius Təkər Mərkəzi

Maraqlanan namizədlər CV-ni “Məhsul meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Oxşar vakansiyalar