600 ₼
Vakansiya haqqında
VAKANSİYA ELANI — SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS AXTARILIR!*
*EVOLVE MOTORS* komandamıza avtomobil satışını bacaran, ünsiyyətcil, məsuliyyətli və məqsədyönlü satıcı bəylər axtarırıq!
*ƏMƏK HAQQI: 600 AZN + BONUS!*
*Bonuslarla birlikdə aylıq qazanc 3.500–5.000 AZN-ə qədər ola bilər!*
Satış bacarığınıza və nəticələrinizə uyğun yüksək gəlir əldə etmək fürsəti! Əgər avtomobil satışında təcrübəniz varsa, müştərilərlə işləməyi bacarırsınızsa və yüksək qazanc əldə etmək istəyirsinizsə, komandamıza qoşulun!
*İş şəraiti:*
*İş qrafiki:* Həftənin 6 günü
*İş saatları:* 10:00–19:00
*İstirahət günləri:* Həftədə 1 gün, ay ərzində ümumilikdə 4 gün
*İş ünvanı:* Bakı şəhəri, Babək prospekti, 42A — Evolve Motors
*Artan əmək haqqı:* 600 AZN + satış bonusları
*Aylıq qazanc imkanı:* Bonuslarla birlikdə 3.500–5.000 AZN-ə qədər
Bizim üçün əsas olan satış bacarığı, müştərilərlə düzgün ünsiyyət, məsuliyyət və yüksək nəticə əldə etmək istəyidir! İşinə ciddi yanaşan, intizamlı və satış sahəsində özünü doğrulda bilən əməkdaşlarla işləmək istəyirik.
*CV göndərmək üçün:* [email protected]
*Əlaqə nömrəsi:* 051 785 82 77
*Əlaqədar şəxs:* Aysel
*Özünə güvənirsənsə, avtomobil satışında təcrübən varsa və əməyinin qarşılığında yüksək qazanc əldə etmək istəyirsənsə, CV-ni bizə göndər!*
Tələblər:
- Digər avtosalonlarda avtomobil satışı üzrə iş təcrübəsi mütləqdir.
- Çin avtomobilləri, onların markaları, modelləri və komplektasiyaları haqqında məlumatlı olmalıdır.
- Avtomobil bazarını, qiymətləri və müştəri tələbatını yaxşı tanımalıdır.
- Sürücülük vəsiqəsi olmalıdır.
- Müştərilərlə düzgün, səlis, nəzakətli və peşəkar danışıq qabiliyyətinə malik olmalıdır.
- Müştərilərlə ünsiyyət qurmağı, onların etimadını qazanmağı və satış həyata keçirməyi bacarmalıdır.
- Məsuliyyətli, aktiv, dürüst, intizamlı və işinə ciddi yanaşan olmalıdır.
- Avtomobilləri müştərilərə ətraflı təqdim etməyi və satış prosesini idarə etməyi bacarmalıdır.
- TikTok-da canlı yayımlar açaraq avtomobilləri təqdim etməli və potensial müştərilərin diqqətini cəlb etməlidir.
- İşə vaxtında gəlməli, gecikmələrə yol verməməli və iş saatlarına riayət etməlidir.
- Komanda ilə işləməyi bacarmalı və satış nəticələrini artırmağa həvəsli olmalıdır.
Oxşar vakansiyalar
Məhsul meneceri (Product manager)
Radius • Bakı
Founding Growth & Marketing Lead
Webidea • Bakı
Reklam Ustası
Admedia • Bakı
Satıcı
Şirkət • Bakı
Satış assistenti
Az-Tex-İmport MMC • Bakı
SMM üzrə mütəxəssis
Caspian Finance BOKT • Bakı