Veysəloğlu MMC
Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
Funksiya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti/Məhsulların Qəbulu, Saxlanması və Utilizasiyasına Nəzarət Bölməsi
Əsas vəzifə öhdəlikləri:
- Məhsulların qəbulundan utilizasiyasınadək bütün mərhələlərdə keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
- Məhsulların qəbulu, saxlanılması, daşınması və utilizasiyası proseslərinin daxili prosedurların, qida təhlükəsizliyi standartlarının və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Saxlanma şəraitinin, temperatur rejimlərinin, mal qonşuluğu qaydalarının, izlənəbilərlik sisteminin və yararlılıq müddətlərinin mütəmadi monitorinqini aparmaq;
- Uyğunsuzluqları vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək, kök səbəbləri təhlil etmək və preventiv və korrektiv tədbirlərin icrasını təmin etmək;
- Məhsulların utilizasiya prosesinin müəyyən edilmiş prosedurlara və normativ tələblərə uyğun icrasına nəzarət etmək;
- Keyfiyyət və qida təhlükəsizliyi üzrə monitorinq, audit və yoxlamalarda iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlər planının hazırlanmasına və icrasına dəstək göstərmək;
- Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri üzrə hesabatlar hazırlamaq, təhlillər aparmaq və rəhbərliyə təqdim etmək;
- Müvafiq struktur bölmələri ilə effektiv əməkdaşlıq edərək qida təhlükəsizliyi və keyfiyyət tələblərinin fasiləsiz icrasını təmin etmək
Vəzifə tələbləri:
- Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya və ya digər uyğun ixtisaslar üzrə təhsil üstünlük hesab olunur);
- Qida istehsalı, logistika, anbar təsərrüfatı, keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
- ISO 9001:2015, ISO 22000:2018, HACCP prinsipləri, HALAL və digər yerli, regional və beynəlxalq qida təhlükəsizliyi standartları üzrə biliklərə və onların praktik tətbiqi bacarığına malik olmaq;
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericilik aktları və normativ sənədləri üzrə baza biliklərinə malik olmaq;
- MS Office proqramlarından (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadə etmək, SAP və ya digər ERP sistemləri ilə işləmək bacarığına malik olmaq;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək icra intizamına malik olmaq;Analitik düşünmə, müşahidə və təhlil etmə bacarığı;
- Komandada işləmək, effektiv ünsiyyət qurmaq və müxtəlif struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək; rus və ingilis dillərini orta səviyyədə bilmək üstünlük hesab olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş qrafiki: Həftənin 5 günü saat 08:30-dan 17:30-dək
İş yeri: Bakı şəhəri
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
Chief Concierge
Fairmont Baku • Bakı
Doorman
Fairmont Baku • Bakı
Qabyuyan
Liv Bona Dea Hospital • Bakı
Barista
MER Group • Bərdə
Head of Fitness
Push30 • Bakı
Aşpaz
AzerTunelSuTikinti • Bakı