N
NBCO KredAqro
Məlumat Mərkəzi Rəhbəri
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- Məlumat Mərkəzinin gündəlik fəaliyyətini təşkil etmək, koordinasiya etmək və effektiv idarə olunmasını təmin etmək;
- Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini, əlçatanlığını və fasiləsizliyini təmin etmək;
- Xidmət səviyyəsi (Service Level), cavablandırma sürəti (ASA), orta emal müddəti (AHT), ilk müraciətdə həll (FCR), müştəri məmnuniyyəti (CSAT) və digər əsas performans göstəricilərinin (KPI) icrasına nəzarət etmək;
- İşçi resurslarının planlaşdırılmasını, növbə qrafiklərinin optimallaşdırılmasını və resurslardan səmərəli istifadəni təmin etmək;
- Məlumat Mərkəzinin fəaliyyətinə dair dövri hesabatları hazırlamaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Müştəri müraciətləri və şikayətləri üzrə eskalasiya olunmuş halların operativ və effektiv həllini təmin etmək;
- Daxili prosedurların, normativ sənədlərin və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək;
- Əməliyyat risklərini müəyyən etmək, risklərin azaldılması və biznesin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər görmək;
- Komandanın fəaliyyətini idarə etmək, əməkdaşların inkişafı, motivasiyası və performansının qiymətləndirilməsini həyata keçirmək;
- Təlim və keyfiyyətə nəzarət funksiyalarının fəaliyyətinin koordinasiyasını təmin etmək;
- Müştəri təcrübəsinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək və onların icrasına rəhbərlik etmək;
- Yeni texnologiyaların, Contact Center platformalarının və süni intellekt əsaslı həllərin tətbiqi üzrə layihələrdə iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;
- Bankın digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təşkil etmək, xidmət proseslərinin təkmilləşdirilməsi istiqamətində koordinasiyanı təmin etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi, Maliyyə və ya digər uyğun ixtisaslar üzrə);
- Məlumat Mərkəzi (Contact Center), müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Məlumat Mərkəzinin əməliyyatlarının idarə olunması, müştəri xidməti, performansın idarə edilməsi, işçi resurslarının planlaşdırılması (Workforce Management), keyfiyyətə nəzarət, əməliyyat risklərinin idarə edilməsi və proseslərin optimallaşdırılması sahəsində bilik və təcrübə;
- Contact Center platformaları, CRM sistemləri, Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) və hesabatlılıq alətləri ilə işləmək bacarığı;
- Analitik düşünmə, strateji planlaşdırma, qərarvermə, liderlik, komandanın idarə olunması, effektiv ünsiyyət və təqdimat bacarıqları;
Dil bilikləri
- Azərbaycan dili - əla
- Rus dili - əla
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Satış Meneceri
CFMOTO Azerbaijan • Bakı
Tam Ştat
800 ₼Müraciət et
U
Bugün
Pərakəndə satış və xidmət şöbəsinin mütəxəssisi
Unicapital • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Satış məsləhətçisi (Salyan)
Kontakt Home • Salyan
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Keyfiyyət Meneceri
NBCO KredAqro • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Marketinq Direktoru
Resant Consulting and Management • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Marketing Manager (Head of Marketing Department)
Finca Azerbaijan • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et