Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz komandamıza peşəkar, məsuliyyətli və yaradıcı Memar-Dizayner dəvət edir. Əgər memarlıq layihələrinin hazırlanması, interyer və eksteryer həllərinin işlənməsi, həmçinin 3D vizuallaşdırma sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
- Memarlıq layihələrinin hazırlanması və texniki həllərin işlənməsi;
- Memarlıq planlarının, fasad, divar açılışları, kəsik və detal cizgilərinin hazırlanması;
- Layihələrin qüvvədə olan tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
- Mühəndis və konstruktorlarla layihə üzrə koordinasiyanın aparılması;
- Layihələrin eskiz, işçi və icra (As-Built) mərhələlərinin hazırlanması;
- Mövcud obyektlərdə ölçü işlərinin aparılması və icra cizgilərinin hazırlanması;
- 3D modellərin qurulması, vizuallaşdırma və fotorealistik renderlərin hazırlanması;
- Material seçiminin və ölçülərin düzgünlüyünün təmin edilməsi;
- Layihə sənədlərinin təsdiq və razılaşdırılması prosesində iştirak;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Layihələndirmə və ya tikinti sahəsində minimum 2 il iş təcrübəsi;
- AutoCAD, Archicad, Revit, Adobe Photoshop, 3Ds Max və Lumion proqramlarında sərbəst işləmək bacarığı;
- Memarlıq və tikinti norma və standartlarını bilmək;
- Texniki cizgilərin hazırlanması və oxunması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
- Yaradıcılıq və yüksək estetik zövq.
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- Maraqlı və müxtəlif layihələrdə iştirak;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini və portfoliolarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu hissəsində “Memar-Dizayner” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Elektrik köməkçisi (Şirvan şəhəri)
Amal Group • Şirvan
Tam Ştat
850 ₼Müraciət et
Q
Bugün
İlməkçi (Rigger / Slinger)
Qala Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Usta
Nadiroğlu • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Elektrik montyoru
Abşeron Logistika Mərkəzi • Abşeron
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik ustası (Şirvan şəhəri)
Amal Group • Şirvan
Tam Ştat
1200 ₼Müraciət et
M
Dünən
İcraçı Memar (ArchiCAD / BIM)
MANARCH MMC • Bakı
Tam Ştat
900 ₼Müraciət et