F
Facility Management Group
Memar (İnteryer)
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimizə interyer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edəcək İnteryer dizayn üzrə mütəxəssis axtarırıq. Namizəd məkanların funksional və estetik həllərinin hazırlanmasına dəstək göstərəcək, layihələrin həyata keçirilməsi prosesində komanda ilə sıx əməkdaşlıq edəcək.
Vəzifə öhdəlikləri
- Müştəri tələblərinə uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
- Layihə planlarının, işçi çertyojların və 3D vizuallaşdırmaların hazırlanması;
- Layihələrin texniki və estetik tələblərə uyğun icrasına dəstək göstərilməsi;
- Memarlar, mühəndislər, podratçılar və təchizatçılarla koordinasiyalı işin təşkili;
- Material, mebel və avadanlıqların seçilməsi prosesində iştirak;
- Layihə sənədlərinin hazırlanması və idarə olunması;
- Tikinti və quraşdırma işlərinin layihəyə uyğunluğunun izlənilməsi;
- Layihələr üzrə hesabatlılığın və sənədləşmənin təmin edilməsi.
Tələblər
- Memarlıq, İnteryer Dizaynı və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnteryer dizaynı və ya memarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- AutoCAD, 3Ds Max (Corona), SketchUp, Revit və Adobe Photoshop proqramlarında işləmək bacarığı;
- İnteryer dizayn layihələrinin hazırlanması və vizuallaşdırılması üzrə təcrübə;
- Tikinti materialları və interyer həlləri üzrə əsas biliklər;
- Yaradıcılıq, detallara diqqət və estetik baxış;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Eyni anda bir neçə tapşırıq və layihə üzərində işləmək bacarığı;
- Güclü portfolio təqdim etmək bacarığı.
Qeyd:
- Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.
Vakansiya növü - Müvəqqəti
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Elektrik - Avtomatik (Elektrik və Avtomatika, qazanxana mütəxəssisi)
AAC MMC • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
K
Bugün
Mağaza anbar işçisi Lökbatan / Qaradağ / Sahil qəs. (Fəhlə)
Kontakt Home • Bakı
Tam Ştat
650 ₼Müraciət et
A
Bugün
Elektrik
Azerbaijan Poultry Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Memar
Akad Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Fəhlə
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Bugün
Fəhlə (Balaxanı)
METAK • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et