B

Baku Bus

Son tarix: 16 İyul 2026

Mexanik

MühəndislikBakıTam Ştat16 İyun 202636

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Səhər çıxışı zamanı avtobusların xəttə texniki cəhətdən saz, təmiz və yanacaqla təmin olunmuş vəziyyətdə sürücüyə təhvil verilməsinə nəzarət etmək;
  • Xəttdən qayıdan avtobusları sürücülərdən qəbul edərkən ilkin texniki baxış keçirmək, gündəlik yürüş məsafəsini və aşkar edilmiş nasazlıqları qeydiyyata almaq;
  • Avtobuslarda aşkar olunan texniki nasazlıqların səbəblərini təhlil etmək və zəruri hallarda nəqliyyat vasitələrini aidiyyəti təmir mərkəzinə yönləndirmək;
  • Avtobusların istismara yararlılığını, texniki təhlükəsizlik tələblərinə uyğunluğunu və gündəlik hazırlıq vəziyyətini qiymətləndirmək;
  • Görülən işlər, aşkarlanan uyğunsuzluqlar və görülmüş tədbirlər barədə gündəlik hesabat hazırlayaraq birbaşa rəhbərə təqdim etmək;
  • Texniki sənədləşmənin düzgün və vaxtında aparılmasını təmin etmək;
  • Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə tələblər

  • Mexanika, avtomobil nəqliyyatı və ya müvafiq texniki istiqamət üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Avtobusların texniki quruluşu, istismar qaydaları və texniki baxış prosedurları üzrə biliklər;
  • Növbəli iş qrafikində, o cümlədən gecə növbəsində işləməyə hazır olmaq;
  • Gərgin iş rejimində operativ və məsuliyyətli qərarvermə bacarığı;
  • Dəqiqlik, dürüstlük, məsuliyyətlilik və intizamlı iş yanaşması;
  • Əməkdaşlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Daxili qayda, prosedur və təlimatlara riayət etmək;
  • Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.

İş şəraiti və üstünlüklər

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: növbəli iş qrafiki;
  • Peşəkar və dəstəkverici komanda mühitində çalışma imkanı;
  • Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə;
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.

Müraciət qaydası

  • Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini və müvafiq sənədlərini PDF formatında [email protected] elektron ünvanına göndərə bilərlər.
  • Elektron məktubun mövzu hissəsində “Mexanik” qeyd edilməsi xahiş olunur.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar