T

Technocare MMC

Son tarix: 15 İyul 2026

Avtomatika Mühəndisi

MühəndislikBakıTam Ştat15 İyun 202630

1000

Vakansiya haqqında

Avtomatika Mühəndisi vakansiyası üzrə komandamıza yeni üzv axtarırıq!

Tələblər:

  • Ali texniki təhsil (Avtomatika mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  • PLC, SCADA və digər avtomatlaşdırma avadanlıqları ilə işləmə bacarığı;
  • Sənaye cihazları və avtomatlaşdırılmış istehsal sistemlərinin idarə olunması;
  • Sistemlərin optimallaşdırılması və performansının artırılması;
  • Avtomatika layihələrinin planlaşdırılması, test edilməsi və dəstəklənməsi;
  • Elektrik layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD və s.) işləmək bacarığı;
  • Sensorlar, aktuatorlar və sənaye kommunikasiya protokolları üzrə biliklər;
  • Avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dillərini bilmək üstünlükdür;
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Vəzifələr:

  • Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi;
  • Qurğuların və avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Texniki sənədlərin hazırlanması və idarə olunması;
  • Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq.

Biz nə təklif edirik?

  • Peşəkar və öyrədici iş mühiti;
  • Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam ştat;
  • Əməkhaqqı: 1000 – 1500 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir).

CV-nizi “Avtomatika Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar