A

AzInTelecom

Son tarix: 29 Noyabr 2026

Middle QA Engineer (Mobile) - AzInTelecom (Bakı, 2026)

İnformasiya TexnologiyalarıBakıTam Ştat29 Oktyabr 202679

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:   

  • Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək;
  • Test dizaynını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra etmək;
  • Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq;
  • Mobil tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı;
  • Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq;
  • Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək;
  • Crash hesabatlarını (Firebase Crashlytics və ya oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək olmaq;
  • Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq;
  • Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək;
  • Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və sprint planlaşdırılmasında iştirak etmək;
  • Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı;
  • Yeni texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq;
  • Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq;
  • Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək;
  • Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya olmaq;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
  • QA sahəsində ən az 2 il iş təcrübəsi;
  • Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi;
  • SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki biliklər;
  • Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə praktiki təcrübə;
  • Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar, cihaz logları) ilə işləmək barədə məlumatlılıq;
  • Figma vasitəsilə tətbiqin istifadəçi interfeysinin (UI) dizayn tələblərinə uyğunluğunu yoxlamaq təcrübəsi;
  • Analitik düşünmə, detallara diqqət və problemlərin səbəblərini müəyyən edərək effektiv həll yolları tapmaq bacarığı;
  • Komanda ilə əməkdaşlıq, ünsiyyət və qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili — sərbəst; İngilis dili — texniki sənədlərlə işləmək səviyyəsində.

Üstünlük hesab olunur:

  • ISTQB sertifikatı (CTFL; Mobile Application Testing əlavəsi üstünlükdür);
  • Mobil SDK-ların test edilməsi üzrə təcrübə;
  • Trafikin yoxlanılması üçün alətlərlə (Charles Proxy, Proxyman) işləmək təcrübəsi;
  • Grafana və ya Sentry ilə işləmək təcrübəsi;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar