CAPS Academy
Müəllim / Təlimçi Onlayn Tədris
Vakansiya haqqında
CAPS Academy müxtəlif sahələr üzrə bilik və təcrübəsini onlayn formatda paylaşmaq istəyən müəllim və mütəxəssisləri tədris heyətinə dəvət edir.
Bu, sabit maaşlı iş elanı deyil. Siz video kurs və ya canlı dərs formatında öz tədris məzmununuzu hazırlayır, kurs satışlarından müqavilədə müəyyən edilən rəqabətli gəlir payını əldə edirsiniz.
Kimləri axtarırıq?
Mövzusuna hakim olan, praktiki təcrübəsini aydın və strukturlaşdırılmış şəkildə öyrədə bilən mütəxəssisləri. Proqramlaşdırma, dizayn, maliyyə, hüquq, dil kursları, rəqəmsal marketinq və digər 30-dan çox sahə üzrə müraciətlər qəbul olunur.
Sertifikat və ya əvvəlki müəllimlik təcrübəsi mütləq şərt deyil. Müraciətlər mövzu bilikləri, praktiki təcrübə və tədris yanaşması əsasında qiymətləndirilir.
Sizin üçün nə təklif edirik?
- Video kurs və ya canlı dərs formatını seçmək imkanı
- Uzaqdan və öz qrafikinizə uyğun çalışma modeli
- Kursunuz üçün uyğun qiymət pilləsini seçmək imkanı
- Kurs satışlarından rəqabətli gəlir payı
- Qazancı müəllim panelindən real vaxtda izləmək imkanı
- Rəsmi müqavilə ilə əməkdaşlıq
- Texniki proseslərdə platforma dəstəyi
- Qeydiyyat və müraciətin ödənişsiz olması
Əməkdaşlıq necə başlayır?
Qeydiyyatdan keçin, tədris heyəti müraciətinizi təqdim edin və qiymətləndirmə mərhələsindən sonra əməkdaşlıq şərtləri ilə tanış olun. Müraciətlər adətən 3 iş günü ərzində nəzərdən keçirilir.
Bilik və təcrübənizi daha geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, CAPS Academy tədris heyətinə qoşulmaq üçün müraciət edin.
Müraciət üçün: www.caps.edu.az/telimci-ol/
Oxşar vakansiyalar
English Language / Literature Teacher
Khazar University Dunya IB School • Bakı
Dayə
Turkan • Bakı
IELTS/TOEFL Instructor
Glodemia • Bakı
Müəllim
Cambridge Club • Bakı
İngilis dili müəllimi
Celt Colleges • Bakı
Cambridge Müəllimi
EDUGrata Təhsil Mərkəzi • Bakı