K

KinderGarten

Son tarix: 23 İyul 2026

Müəllim / Tərbiyəçi

Təhsil və TəlimBakıTam Ştat23 İyun 2026151

600

Vakansiya haqqında

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Namizədə tələblər

  • Yaş: 22-45
  • Təhsil: Ali
  • İş təcrübəsi: Bu sahədə təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı
  • Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı
  • Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq
  • Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
  • Uşaqlara sevgi ilə yanaşmaq və onlara qayğı göstərmək
  • Hər bir uşağa fərdi yanaşma qurmaq bacarığı
  • Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq

Əsas vəzifə öhdəlikləri

  • Məşğələlərin proqram üzrə tədris olunması
  • Uşaqlara qayğı və sevgi ilə yanaşmaq
  • Uşaqlara qulluq etmək
  • Uşaqlara nəzarət etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
  • Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq

İş şərtləri

  • İş vaxtı: 08:00 – 18:00 (08:00/19:00) növbəli şəkildə
  • İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
  • Əmək haqqı: 600 AZN - 1000 AZN

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müəllim / Tərbiyəçi” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar