EDUCAT.COMPANY.LLC
Xaricdə təhsil üzrə mütəxəssis
750 ₼
Vakansiya haqqında
"Biz gənclərin qlobal təhsil imkanlarına çatmasını təmin edən, dinamik böyük bir komandayıq..." Gənclərin gələcəyini bizimlə birgə quracaq, ABŞ, Kanada və Avropa ölkələrində təhsil proqramları və viza prosedurları sahəsində təcrübəli, pozitiv və məsuliyyətli Xaricdə Təhsil üzrə Mütəxəssis axtarırıq!
🎯Əsas Öhdəliklər və İş Təsviri: ABŞ, Kanada və Avropa universitetlərinə qəbul proseslərinin (Bakalavr, Magistr, Dil kursları) tam idarə olunması; Tələbələrin profilinə, büdcəsinə və istəklərinə uyğun olaraq doğru ölkə, universitet və proqram seçiminə köməklik göstərilməsi (Konsultasiya); Tələbə sənədlərinin (Motivation Letter, CV, tövsiyə məktubları və s.) beynəlxalq standartlara uyğun hazırlanmasına dəstək; Qəbul almış tələbələrin viza müraciət proseslərinin (sənədlərin yığılması, anketlərin doldurulması, müsahibəyə hazırlıq) peşəkar şəkildə idarə edilməsi; Müştərilərlə ilk təmasdan başlayaraq prosesin sonuna qədər davamlı, mehriban və dəstəkləyici kommunikasiyanın saxlanılması; Xarici tərəfdaş universitetlərlə və təhsil qurumları ilə rəsmi yazışmaların aparılması
💼 Namizədə dair Tələblər: Xaricdə təhsil sahəsində minimum 1 il aktiv iş təcrübəsi (Xüsusilə ABŞ, Kanada və Avropa istiqamətləri üzrə); ABŞ, Kanada və Şengen viza prosedurları barədə mükəmməl biliklər; Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yazışma və sənədləşmə apara biləcək səviyyədə – minimum B2/C1); Müştərilərlə işləmək üçün yüksək səbr, empatiya və mehribanlıq nümayiş etdirmək bacarığı; Güclü ünsiyyət, təqdimat və inandırma qabiliyyəti; Problemləri operativ həll etmə bacarığı və yüksək məsuliyyət hissi.
✨ Biz Nə Təklif Edirik?Müasir, dinamik və mehriban komanda mühiti; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (Razılaşma yolu ilə + Bonus sistemi). ⏰ İş qrafiki: I - V günlər, 11:00 - 19:00 / Şənbə günü qısa iş günü 📍 Ünvan: Yeni Həyat Plaza
Oxşar vakansiyalar
Консультант по образованию
S&Ko Student • Bakı
Müəllim / Tərbiyəçi
KinderGarten • Bakı
Çin dili müəllimi
British Academy • Bakı
Учитель химии
TED Academy • Bakı
Учитель физики
TED Academy • Bakı
MYP Individuals and Societies Teacher (2026-2027 Academic Year)
Avropa Azərbaycan Məktəbi • Bakı