S

STP Global Cable

Son tarix: 21 İyun 2026

Müfəttiş

MühəndislikBakıTam Ştat21 May 2026171

Müsahibə əsasında

Vakansiya haqqında

“STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsində “Müfəttiş” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit qaydalarına nəzarət etmək; 
  • ISO 45001 və ISO 14001 standartlarının tətbiqində iştirak etmək;
  • İstehsalat və yardımçı sahələrdə yoxlamalar aparmaq;
  • Uyğunsuzluqları aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsində və sənədləşdirilməsində iştirak etmək; 
  • Hadisələrin araşdırılmasına və hesabatların hazırlanmasına dəstək vermək; 
  • SƏTƏM təlimlərində və FMV üzrə maarifləndirmədə iştirak etmək; 
  • Təxliyə və fövqəladə hal təlimlərinin icrasına dəstək vermək;
  • Tullantıların idarə olunması və ekoloji tələblərə nəzarətdə iştirak etmək; 
  • Qanunvericiliyə uyğunluğa nəzarət etmək və SƏTƏM hesabatlarının hazırlanmasına dəstək vermək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Müfəttiş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. 

Oxşar vakansiyalar