H

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Son tarix: 23 Oktyabr 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat14 Oktyabr 202669

Müsahibə əsasında

Vakansiya haqqında

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi  “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: Mühasib

Məkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151

İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00

Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi;
  • 1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı. 
  • Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar;
  • Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdür
  • Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.

Öhdəliklər:

  • Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq;
  • Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək;
  • Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq;
  • Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək.
  • Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək;
  • Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək.

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Kompleksin yeməkxanasında nahar imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər.

Oxşar vakansiyalar