P

PASHA Bank

Son tarix: 20 Noyabr 2026

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis - PASHA Bank (Bakı)

Maliyyə və MühasibatlıqBakıTam Ştat20 Oktyabr 202629

Müsahibə əsasında

Vakansiya haqqında

İşiniz nədən ibarətdir?



  • Bank üzrə vergi növlərinin (mənfəət vergisi, ƏDV, ÖMV, torpaq, əmlak, muzdlu işlə əlaqədar vergilər və s.) hesablanması üçün məlumatları toplamaq, hesablamaları hazırlamaq və yoxlanılması üçün təqdim etmək
  • Vergi ödənişləri üzrə məlumatları hazırlamaq və ödənişlərin müəyyən edilmiş müddətlərdə icrasını izləmək
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək
  • Vergi uçotu üzrə məlumatları və təsdiqedici sənədləri yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə baş mütəxəssisə və ya birbaşa rəhbərə məlumat vermək
  • Mühasibat uçotu ilə vergi uçotu üzrə məlumatların uzlaşdırılmasını aparmaq və yaranmış fərqlərin araşdırılmasında iştirak etmək
  • Bankın struktur bölmələrindən daxil ol vergi sorğuları üzrə məlumat toplamaq və cavab layihələri hazırlamaq
  • Müqavilələrin, yeni məhsulların və layihələrin vergi baxımından təhlili üçün ilkin məlumatları hazırlamaq və təhlildə iştirak etmək
  • Vergi orqanları ilə yazışmaların və sorğulara cavabların hazırlanmasında iştirak etmək
  • Vergi yoxlamaları, daxili və xarici audit zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq
  • Vergi güzəştlərinin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üçün tələb olunan sənədlərin toplanmasında və hazırlanmasında iştirak etmək
  • Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək və fəaliyyətinə aid dəyişikliklər barədə qısa məlumat hazırlamaq
  • Vergi proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması işlərində, informasiya sistemlərində vergi hesablamalarının yoxlanılmasında iştirak etmək
  • Vergi hesablamaları üzrə dövri hesabatları hazırlamaq, ay sonu və il sonu bağlanışlarında ona həvalə edilmiş işləri yerinə yetirmək
  • Vergi sənədlərinin və yazışmalarının sistemli saxlanılmasını təmin etmək

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
  • İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
  • Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX (F6) imtahanını keçmək üstünlük hesab edilir.
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir.
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili (üstünlükdür).
  • Kompüter bilikləri: : MS Excel və digər MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi arzuolunandır.
  • Digər bacarıqlar: Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar