D
Dinamo Hotel Baku
Mühəndislik üzrə qrup rəhbəri / Mexanik
Müsahibə əsasında
Vakansiya haqqında
Şöbə: Mühəndislik
Ünvan: Zərifə Əliyeva küç., 32
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi
- Mühəndislik departamentinin gündəlik fəaliyyətini koordinasiya etmək, otelin texniki sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki xidmət və təmir işlərinə nəzarət etmək.
İşin təsviri
- Mühəndislik komandasının gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
- Otelin mexaniki, elektrik, HVAC, santexnika və digər texniki sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
- Yaranan texniki nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək;
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Xarici podratçıların gördüyü işləri koordinasiya etmək və keyfiyyətinə nəzarət etmək;
- Texniki ehtiyat hissələri və avadanlıqların səmərəli istifadəsini təmin etmək;
- Şirkətin müəyyən etdiyi standart və prosedurlara uyğun fəaliyyət göstərmək.
Namizədə olan tələblər
- Mühəndislik və ya texniki xidmət sahəsində minimum 2-3 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Mexaniki, elektrik, HVAC və bina mühəndislik sistemləri üzrə biliklər;
- Komandanı idarəetmə, iş bölgüsü və problem həll etmə bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, operativ, komanda ilə işləmək və qərarvermə bacarığına malik olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə qrup rəhbəri rəhbəri/Mexanik” və ya “Engineering Team Leader / Mechanic” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Oxşar vakansiyalar
C
Bugün
İnşaat Mühəndisi
Chirag Plaza • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Elektrik mühəndisi
Respublika Diaqnostika Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Planlama mühəndisi
Aqroman • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
“
Bugün
İnşaat mühəndisi
“Caspi Gaz” MMC • Bakı
Tam Ştat
—Müraciət et
S
Bugün
İnşaat mühəndisi
Strata • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
B
Bugün
Sahə mühəndisi
BRPG LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et