2000 ₼
Vakansiya haqqında
Şirkətimiz “İnşaat mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 2000 AZN;
- 6 günlük iş qrafiki: həftə içi 5 gün - 09:00-17:00, 6-cı gün - 09:00-14:00
- Nahar şirkət tərəfindən verilir;
- Vakansiya növü - tam ştat;
- Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea breeze layihəsi.
İşin Təsviri:
- Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
- Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
- Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
- Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
- Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
- Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
- Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 və Forma-3 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi.
- Aylıq və gündəlik hesabatların hazırlanması.
Tələblər:
- İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
- İnşaat sahəsi 3 ildən yuxarı iş təcrübəsi;
- Proqram bilikləri: AutoCAD, MS Excel, MS Word;
- Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Komandada işləmə bacarığı.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində elektron poçt ünvanına mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiyalar
“
Bugün
İnşaat mühəndisi
“Caspi Gaz” MMC • Bakı
Tam Ştat
—Müraciət et
B
Bugün
Sahə mühəndisi
BRPG LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Dünən
Elektrik və avtomatlaşdırma üzrə mühəndis
Orbitech Solution MMC • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
I
Dünən
HSE Officer (Offshore)
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Elektrik mühəndisi
MGH İNŞAAT • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
A
5 Avqust 2026
Planlama mühəndisi
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et