S

Sapiens Pay

Son tarix: 4 Sentyabr 2026

Müştəri cəlbetmə üzrə mütəxəssis

Marketinq və SatışBakıRemote4 Avqust 202647

400

Vakansiya haqqında

Şirkət haqqında

Sapiens Pay bizneslərə, sahibkarlara və frilanserlərə beynəlxalq bazarlara çıxmaqda kömək edir. Şirkət Wise, Payoneer və Shopify Payments kimi beynəlxalq ödəniş hesablarının açılması, xaricdə şirkətlərin qeydiyyatı və ödəniş sistemlərinin qurulması üzrə xidmətlər göstərir.

Hazırda komandamızı genişləndiririk və sosial şəbəkələrdə, biznes qruplarında və peşəkar platformalarda potensial müştərilər tapacaq Müştəri cəlbetmə üzrə mütəxəssis axtarırıq.

Şərtlər:

– İş rejimi: uzaqdan;

– İstəyə əsasən Bakı şəhərində yerləşən ofisdən işləmək imkanı;

– İş qrafiki: həftənin 5 günü, saat 10:00-dan 18:00-dək;

– Əmək haqqı: 400 AZN-dən başlayır;

– Nəticələrə əsaslanan əlavə bonus sistemi;

– Aylıq ümumi gəlir performansdan asılı olaraq 1500 AZN-dək arta bilər;

– İlk gündən işləməyə imkan verən təlim, hazır iş prosesi və satış materialları;

– Şirkət daxilində inkişaf və karyera yüksəlişi imkanı.

 

Bu vəzifədə əməkdaşın əsas işi məhsulu birbaşa satmaq deyil, uyğun potensial müştəriləri tapmaq, onlarla ilkin əlaqə qurmaq və maraqlı müştəriləri satış menecerinə yönləndirməkdir.

Tələblər:

– Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

– Sosial şəbəkələrdən və mesajlaşma platformalarından aktiv istifadə bacarığı;

– İnsanlarla rahat ünsiyyət qurmaq və ilk əlaqəni yaratmaq bacarığı;

– Səlis, düzgün və anlaşılan şəkildə yazmaq bacarığı;

– Məsuliyyətli, nəticəyönümlü və öyrənməyə açıq olmaq;

– Müstəqil şəkildə işləməyi və işini planlaşdırmağı bacarmaq;

– Satış, B2B satış və müştəri cəlbetmə sahəsində inkişaf etmək istəyi;

– Satış və ya müştəri cəlbetmə təcrübəsi üstünlükdür, lakin məcburi deyil.

Vəzifə öhdəlikləri:

– Facebook, Telegram, WhatsApp, LinkedIn, Instagram və digər platformalarda potensial müştərilərin axtarılması;

– Sahibkarlar, frilanserlər, marketoloqlar və biznes sahibləri ilə ilkin əlaqənin qurulması;

– Potensial müştərinin ehtiyacının öyrənilməsi və xidmətlərimizə uyğunluğunun müəyyən edilməsi;

– Müştəriyə xidmətlərimiz haqqında ilkin məlumatın təqdim edilməsi;

– Maraqlı və uyğun müştərilərin satış menecerinə yönləndirilməsi;

– Tapılan və yönləndirilən müştərilərin sadə uçotunun aparılması;

– Görülən işlər və nəticələr haqqında mütəmadi məlumat verilməsi.

Oxşar vakansiyalar