A
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Müştəri təcrübələri üzrə mütəxəssis (Forex üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Müştəri əlaqələri və satış
- Fərq müqavilələri (CFD) üzrə marja ticarəti xidmətlərinin və maliyyə alətlərinin (valyuta cütlükləri, indekslər, əmtəələr, qızıl/neft, səhmlər) aktiv satışı və təşviqi;
- Potensial müştərilərə, mövcud treyderlərə və demo hesab açmış istifadəçilərə zənglərin edilməsi, marja ticarətinin şərtləri, kredit çiyni mexanizmi (leverage), spred və komissiyalar haqqında telefon və fərdi görüşlər vasitəsilə ətraflı məlumatın təqdim edilməsi;
- Müştərilərlə davamlı əlaqənin qurulması və müştəri müraciətlərinə operativ cavab və dəstəyin göstərilməsi.
Əməliyyat və texniki dəstək
- Ticarət platformasının (MT4) istifadəsi, hesabların açılması və onboarding prosesinin həyata keçirilməsi;
- Mədaxil/məxaric əməliyyatları ilə bağlı müştəri müraciətlərinə operativ cavab və dəstəyin göstərilməsi.
Hesabatlıq
- Görülmüş zənglər, keçirilmiş görüşlər və satış dinamikası üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment və ya Biznesin idarə edilməsi sahələri üzrə olması üstünlükdür);
- Satış, müştəri xidmətləri və ya maliyyə/investisiya (CFD/Forex, bank) sahəsində iş təcrübəsi;
- Səlis nitq, telefon vasitəsilə aktiv satış aparmaq və müştəri bazası ilə intizamlı işləmək bacarığı;
- Müştərilərlə effektiv ünsiyyət qurmaq və təqdimat aparmaq bacarığı;
- Marja ticarəti (spred, kredit çiyni, marja tələbləri) üzrə anlayış;
- Qlobal maliyyə bazarlarındakı xəbərləri və qiymət dinamikasını izləmək.
- MS Excel və MS PowerPoint ilə yaxşı işləmək bacarığı;
- Azərbaycan/rus dilini səlis, ingilis dili arzuolunandır.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Müştəri təcrübələri üzrə mütəxəssis (Forex üzrə)” vəzifəsini qeyd etməyi unutmayın.
Oxşar vakansiyalar
A
Bugün
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Academor • Bakı
Tam Ştat
700 ₼Müraciət et
F
Bugün
Satış üzrə menecer
Fostanpak MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
"
Bugün
Satıcı- Barista
"Rəmzioğlu Paxlava" MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
R
Bugün
Satış təmsilçisi
RİCH GROUP MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
T
Bugün
Satış mütəxəssisi
Technocare MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Satış mütəxəssisi
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et