Academor
Sosial Media Marketinq (SMM) mütəxəssisi
700 ₼
Vakansiya haqqında
SMM & META TARGETING SPECIALIST
Academor komandası SMM, kontent və Meta reklamlarının idarə olunması üzrə praktiki bacarığı olan, nəticə yönümlü və məsuliyyətli əməkdaş axtarır.
Bu vəzifə yalnız sosial media səhifələrinin idarə olunmasını nəzərdə tutmur. Namizəd kontent hazırlanmasından çəkilişlərə, dizayndan Meta reklamlarının idarə olunmasına qədər prosesin əsas hissələrində aktiv iştirak etməlidir.
İŞ ŞƏRAİTİ
İş yeri: Caspian Plaza
İş qrafiki: Həftə içi, 10:00–20:00
İstirahət günləri: Şənbə və bazar
Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Instagram, LinkedIn, Youtube və TikTok səhifələrinin gündəlik idarə olunması
• Gündəlik post və story kontentlərinin hazırlanması və paylaşılması
• Həftəlik kontent planının hazırlanması və icrasına nəzarət
• TikTok üçün platformaya uyğun ayrıca kontent ideyalarının hazırlanması
• Mobilografiya və videography sahəsində çəkilişlərin həyata keçirilməsi
• Sosial media üçün post, reklam və digər vizual materialların hazırlanması
• Meta Ads reklamlarının qurulması, idarə olunması və optimallaşdırılması
• Reklam büdcəsinin düzgün hesablanması, planlaşdırılması və aylıq bölgüsünün aparılması
• Satış potensialı yüksək olan təlimlərin və mövzuların araşdırılması
• Təlimlərin satışına yönəlmiş kontent ideyalarının hazırlanması və tətbiqi
• Kurslarda çalışan müəllimlərlə mütəmadi əlaqədə olmaq, təlimlər və dərs proqramları haqqında məlumat toplamaq və həmin məlumatlar əsasında post, story və digər kontentlərin hazırlanması
• Trendlərin sistemli şəkildə araşdırılması və uyğun viral kontentlərin hazırlanması
• Rəqib şirkətlərin sosial media fəaliyyəti və reklam strategiyalarının təhlili
• Kontentin nəticələrinin izlənilməsi və effektivliyin artırılması üçün təkliflərin verilməsi
• Komanda üzvləri və müəllimlərlə koordinasiyalı işləmək
• Komanda ilə birlikdə tədbirlərdə iştirak etmək və tədbirlər zamanı foto və video çəkilişlərini həyata keçirmək.
• Aylıq reklam büdcəsinin planlaşdırılması və hesabatının hazırlanması, həmçinin hesabatın rəhbərliyə həftəlik təqdim edilməsi.
NAMİZƏDƏ TƏLƏBLƏR
• Videolarda lazım gəldikə Sima ola bilməlidir
• SMM sahəsində real iş təcrübəsi
• Meta Ads və targetinq üzrə praktiki və müstəqil işləmə bacarığı
• Mobilografiya və videography bacarığı
• Sosial media üçün kontent çəkilişi və montajı üzrə bacarıq
• Post və reklam dizaynlarının hazırlanması üzrə praktiki təcrübə
• Figma proqramında post, buklet, kart, broşur və digər vizual materialları hazırlaya bilmək
• Digər dizayn proqramlarında işləmək bacarığı
• Kreativ yanaşma və kommersiya məqsədli kontent düşünə bilmək
• Sosial media trendlərini yalnız izləmək deyil, onları biznes məqsədlərinə uyğun tətbiq etmək bacarığı
• Analitik düşüncə və reklam nəticələrini təhlil etmək bacarığı
• Vaxtın düzgün idarə olunması və qoyulmuş tapşırıqların vaxtında icrası
• Komanda ilə işləmək və iş prosesində operativ kommunikasiya qurmaq bacarığı
• Yüksək məsuliyyət və intizam
VACİB QEYD
Bu vəzifə yalnız post paylaşan və səhifə idarə edən SMM əməkdaşı üçün nəzərdə tutulmayıb.
Namizəddən eyni zamanda:
- kontent ideyası yaratmaq,
- çəkiliş etmək,
- dizayn hazırlamaq,
- müəllimlərlə işləmək,
- təlimləri araşdırmaq,
- Meta reklamlarını idarə etmək,
- reklam büdcəsini planlaşdırmaq
və nəticəyə fokuslanmaq tələb olunur.
Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən, praktiki təcrübəsi və real portfolio-su olan namizədlərin müraciət etməsi xahiş olunur.
PORTFOLİO MÜTLƏQ TƏLƏBDİR.
CV ilə birlikdə əvvəlki işlərə dair portfolio təqdim edilməlidir. Portfolio-da mümkün qədər:
• idarə etdiyiniz sosial media səhifələri,
• hazırladığınız post və dizaynlar,
• çəkdiyiniz və montaj etdiyiniz videolar,
• həyata keçirdiyiniz reklam kampaniyaları
və digər real iş nümunələri qeyd olunmalıdır.
Portfolio təqdim etməyən və ya iş nümunələri vakansiyanın tələblərinə uyğun olmayan namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.
Müraciət qaydası
Namizədlər müraciət zamanı vakansiyanın adını qeyd etməklə, “Müraciət et” bölməsində göstərilən elektron poçt ünvanına CV və portfolio linkini göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Oxşar vakansiyalar
Müştəri təcrübələri üzrə mütəxəssis (Forex üzrə)
ABB-İnvest İnvestisiya Şirkəti QSC • Bakı
Satış üzrə menecer
Fostanpak MMC • Bakı
Satıcı- Barista
"Rəmzioğlu Paxlava" MMC • Bakı
Satış təmsilçisi
RİCH GROUP MMC • Bakı
Satış mütəxəssisi
Technocare MMC • Bakı
Satış mütəxəssisi
Norm OJSC • Bakı