P

Premium Bank

Son tarix: 8 İyul 2026

Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Mall)

Marketinq və SatışBakıTam Ştat8 İyun 202645

Müsahibə əsasında

Vakansiya haqqında

“Premium Bank” ASC Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Mall) vakansiyasını elan edir. 

İşin təsviri:

  • Bankın məhsul və xidmətləri barədə ziyarətçilərə məlumat vermək və təqdimatlar həyata keçirmək; 
  • Müştərilərin suallarını cavablandırmaq, ilkin məsləhətlər təqdim etmək və onları müvafiq xidmətlərə yönləndirmək; 
  • Reklam kampaniyaları, aksiyalar və promo fəaliyyətlərdə iştirak etmək; 
  • Promo materialların və hədiyyə məhsullarının paylanmasını həyata keçirmək; 
  • Nümayəndəliyə müraciət edən müştərilərin qeydiyyatını aparmaq və potensial müştərilər haqqında məlumat toplamaq; 
  • Nümayəndəliyin səliqəli və korporativ standartlara uyğun fəaliyyətini təmin etmək; 
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq. 

Namizədə dair tələblər:

  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; 
  • Müştəri xidməti, satış və ya təqdimat sahəsində təcrübəyə üstünlük verilir; 
  • Yüksək kommunikasiya və təqdimat bacarığı; 
  • Məsuliyyətli, təşəbbüskar və operativ olmaq; 
  • Komandada işləmək bacarığı; 
  • Xarici görünüşə və korporativ etikaya diqqət yetirmək. 

İş şəraiti:

  • İş yeri: Amburan Mall ərazisində yerləşən bank nümayəndəliyi; 
  • İş qrafiki: 10:00 – 19:00; 
  • İş rejimi: növbəli (bir gündən bir); 
  • Əməkdaşlara işə başlamazdan əvvəl bank məhsulları və xidmətləri üzrə təlimlər keçiriləcək; 
  • İş yeri lazımi ofis avadanlıqları ilə təmin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Mall)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar