W
Wilstream.аz
Satış Meneceri (Sales Manager)
2000 ₼
Vakansiya haqqında
Dünya bazarında 20 ildən artıq təcrübəyə malik olan Wilstream autsorsinq çağrı mərkəzi Azərbaycandakı ofisi üçün Satış Meneceri vəzifəsinə peşəkar və motivasiyalı namizədlər axtarır.
Təklif edirik:
- Əmək haqqı: 2000–2500 AZN + satış nəticələrinə əsasən bonus/faiz (təcrübəyə uyğun müəyyən edilir)
- İş qrafiki: 5/2, 09:00–18:00
- Şirkət hesabına yerli və xarici mütəxəssislər tərəfindən keçirilən peşəkar təlimlər
- Karyera inkişafı və yüksəliş imkanları
- Dinamik və peşəkar iş mühiti
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Potensial müştərilərlə görüş və danışıqların aparılması, onların ehtiyaclarının müəyyənləşdirilməsi
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Müqavilələrin hazırlanması və bağlanması prosesinin idarə edilməsi
- Mövcud müştəri bazasının idarə olunması və inkişaf etdirilməsi
- Ödəniş proseslərinə nəzarətin həyata keçirilməsi
- Bazarın və rəqiblərin mütəmadi təhlilinin aparılması
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması
Namizədə tələblər:
- Xanım namizədlər
- Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür)
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
- Rus və ingilis dillərini bilmək üstünlükdür
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Satış hədəflərinə nail olmaq və yüksək nəticələr əldə etmək motivasiyası
Üstünlüklər:
- B2B satış sahəsində əlavə təcrübə
- Yüksək gəlir əldə etməyə və bonus sistemi ilə işləməyə maraq
- İnkişafyönümlü və proaktiv yanaşma
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində "Satış Meneceri" qeyd etməlidirlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
M
Bugün
Satış meneceri
Meta Education and Consulting MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
E
Bugün
Satış mütəxəssisi
EDU Company Təhsil Şirkəti - Xalqlar filialı • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Satış məsləhətçisi
AVAVİP (qadın geyim mağazaları) • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Mall)
Premium Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
Bugün
Satış üzrə məsləhətçi (Bakı)
Libraff • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Brend menecer
Prime Accessories Mağazalar Şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et