PASHA Insurance
Müştərilər ilə əlaqələr üzrə təcrübəçi
Müsahibə əsasında
Vakansiya haqqında
Müştərilər ilə əlaqələr üzrə təcrübəçi
PAŞA Sığorta ASC namizədləri Müştərilər ilə əlaqələr üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, Müştəri Münasibətləri şöbəsinin fəaliyyətinə dəstək olmaq, daxili və xarici müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdən ibarətdir. Təcrübəçi, sığorta əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə avtonəqliyyat vasitələrinə və əmlaklara baxış (survey) keçirilməsi, müqavilələrin və digər sənədlərin vaxtında hazırlanaraq müştərilərə çatdırılmasını təmin etməklə biznes proseslərində mühüm rol oynayacaq.
Öhdəliklər
- Daxili və xarici müştərilərə keyfiyyətli xidmətin göstərilməsi;
- Avtonəqliyyat vasitələrinə və əmlaklara baxış (survey) prosesinin həyata keçirilməsi;
- Baxış keçirilmiş obyektlər üzrə sığorta sənədlərinin (şəhadətnamə, ərizə forması, təklif, hesab-faktura) hazırlanaraq müştərilərə çatdırılmasının təmin edilməsi;
- Daxili sorğular əsasında sığorta sənədlərinin (şəhadətnamələr, əlavələr və s.) müştərilərə çatdırılmasının təmin edilməsi;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
Bilik və Bacarıqlar
- MS Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı;
- Sığorta qanunvericiliyi üzrə biliklər (orta səviyyə);
- Yüksək ünsiyyətqurma və komanda ilə işləmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Yaranan şəraitə tez reaksiya vermək və fikirlərini aydın ifadə etmək;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Ali təhsil (Bakalavr);
- 0-1 ilədək müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Bizim Təklifimiz
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı öyrənmə və inkişaf mühiti;
- Əməkdaşlığa və şəffaflığa əsaslanan korporativ mədəniyyət;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Customer Relations Intern and become a member of our professional team.
This role involves supporting the operations of the Customer Relations department and providing high-quality service to both internal and external clients. The Intern will play a crucial part in business processes by conducting inspections (surveys) of vehicles and properties, ensuring the timely preparation and delivery of contracts and other documents to clients, thereby enhancing the efficiency of insurance operations.
Responsibilities
- Providing high-quality service to internal and external clients;
- Conducting inspection (survey) processes for vehicles and properties;
- Ensuring the preparation and delivery of insurance documents (certificate, application form, offer, invoice) for inspected objects to clients;
- Ensuring the delivery of insurance documents (certificates, addendums, etc.) to clients based on internal requests;
- Performing other tasks as assigned by the direct supervisor.
Knowledge and Skills
- Proficiency in MS Office programs (especially Excel);
- Knowledge of insurance legislation (intermediate level);
- Strong communication and teamwork skills;
- Responsibility, accuracy, and attention to detail;
- Ability to react quickly to changing situations and express thoughts clearly;
- Language skills: Azerbaijani, English, Russian.
Education and Experience
- Higher education (Bachelor's degree);
- Up to 1 year of relevant work experience is desirable.
What we offer
- Opportunities for professional development and career growth;
- A culture of continuous learning and development;
- A corporate culture based on collaboration and transparency;
- Opportunity to work in a “Great Place To Work” certified company.
Only candidates who meet the initial selection criteria will be contacted.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
Oxşar vakansiyalar
Специалист службы поддержки (чат)
Frazex • Bakı
Merçendayzer
Azəriş LTD • Bakı
Key Account Manager Assistant
Superfon • Bakı
Kassir (City Park Mall)
My Group Holding MMC • Bakı
Satış əməliyyatçısı
Caspian Cable Systems • Bakı
SMM üzrə mütəxəssis
Collezione Italia • Bakı