Collezione Italia
SMM üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “SMM üzrə mütəxəssis” vakansiyası elan edir.
Vəzifə üzrə öhdəliklər:
- Şirkətin sosial media strategiyasını hazırlamaq və icra etmək.
- Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda səhifələri idarə etmək.
- Aylıq və həftəlik kontent planı hazırlamaq.
- Mətn, vizual və video kontentin hazırlanmasını təşkil etmək.
- Paylaşımları planlaşdırmaq və vaxtında yayımlamaq.
- İzləyicilərin mesaj və şərhlərini operativ cavablandırmaq.
- Kampaniyaların statistik göstəricilərini analiz etmək və hesabat hazırlamaq.
- Rəqiblərin fəaliyyətini izləmək və bazar araşdırmaları aparmaq.
- Marketinq komandası, dizayner və satış şöbəsi ilə koordinasiyalı işləmək.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 5 iş günü, istirahət-şənbə və bazar günü
- İş saatı: 10:00-19:00
- Əmək haqqı namizədin bilik və bacarıqlaırna uyğun olaraq müəyyən ediləcək.
Tələblər:
- Canva, Adobe Photoshop və ya digər dizayn proqramları üzrə bilik üstünlükdür.
- Kopiraytinq və kontent yaradılması bacarığı.
- Sosial media analitikası və KPI-lərin təhlili.
- Video content ilə bağlı portfolionun olması.
- Azərbaycan və rus dillərində sərbəst yazı bacarığı, ingilis dili biliyi üstünlükdür.
- Ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM üzrə mütəxəssis” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiyalar
Специалист службы поддержки (чат)
Frazex • Bakı
Merçendayzer
Azəriş LTD • Bakı
Müştərilər ilə əlaqələr üzrə təcrübəçi
PASHA Insurance • Bakı
Key Account Manager Assistant
Superfon • Bakı
Kassir (City Park Mall)
My Group Holding MMC • Bakı
Satış əməliyyatçısı
Caspian Cable Systems • Bakı