Devnix
.NET Developer Intern
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- İş qrafiki: I-V günlər – 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında
Bu vakansiya real layihələr üzərində işləyərək .NET sahəsində praktiki təcrübə qazanmaq və peşəkar developer kimi inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.
Tələblər
- Yaş həddi: 20 - 30 yaş
Namizəddən aşağıdakı mövzular üzrə baza bilikləri gözlənilir:
- C# proqramlaşdırma dili
- .NET / ASP.NET Core
- OOP prinsipləri
- Entity Framework Core
- SQL və relational database anlayışı
- HTML
- CSS
- JavaScript üzrə baza bilikləri
- Git ilə işləmək bacarığı
- REST API haqqında baza anlayışı
- Problem həll etmə və araşdırma bacarığı
İş təcrübəsi
- İş təcrübəsi tələb olunmur.
Şəxsi layihə, universitet və ya kurs layihəsi, GitHub repository-si və yaxud real layihə üzərində təcrübənin olması üstünlük hesab olunur.
Namizədin texnologiyaları yalnız nəzəri olaraq bilməsi deyil, sadə bir layihədə istifadə edə bilməsi bizim üçün daha önəmlidir.
Vəzifə öhdəlikləri
- ASP.NET Core əsaslı layihələrin hazırlanmasında iştirak etmək
- Mövcud layihələrdə yeni funksionallıqlar hazırlamaq
- Mövcud kodu oxumaq və kiçik dəyişikliklər etmək
- Entity Framework Core vasitəsilə database ilə işləmək
- SQL query-lər yazmaq
- REST API endpoint-lərin hazırlanmasında iştirak etmək
- Mövcud bug-ların araşdırılması və düzəldilməsində iştirak etmək
- Git vasitəsilə komanda ilə işləmək
- Code review zamanı verilən feedback-ləri tətbiq etmək
- Komanda tərəfindən verilən texniki tapşırıqları yerinə yetirmək
Namizəddən gözləntilərimiz
- Proqramlaşdırmaya real marağın olması
- Yeni texnologiyaları öyrənməyə həvəsli olmaq
- Verilən tapşırığı araşdıraraq həll etməyə çalışmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Komanda ilə işləmə bacarığı
- Sual verməkdən və bilmədiyi mövzunu araşdırmaqdan çəkinməmək
- Özünü .NET istiqamətində inkişaf etdirmək istəyi
Üstünlük hesab olunur
Aşağıdakılardan hər hansı biri üzrə biliklərin olması əlavə üstünlükdür:
- ASP.NET Core Web API
- LINQ
- Dependency Injection
- Authentication / Authorization haqqında baza anlayışı
- SQL Server
- JavaScript ilə sadə frontend inteqrasiyası
- GitHub üzərində şəxsi layihələrin olması
Biz nə təklif edirik?
- Real kommersiya layihələrində işləmək imkanı
- Təcrübəli developer-lərlə birlikdə işləmək
- Code review və texniki dəstək
- .NET ekosistemində praktiki təcrübə
- Backend və database üzrə real iş təcrübəsi
- Komanda daxilində inkişaf etmək imkanı
- Uğurlu internship müddətindən sonra əməkdaşlığın davam etdirilməsi imkanı
CV-lərinizi “Mövzu” hissəsində “.NET Developer Intern” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
Oxşar vakansiyalar
Python / Odoo Developer Intern
BlackDots • Bakı
Odoo ERP Sales Intern
BlackDots • Bakı
İT helpdesk
Baku TV • Bakı
Süni intellekt mühəndisi
Azercosmos • Bakı
Devops Engineer (Middle)
Air Group • Bakı
Aparıcı mütəxəssis – Backend Developer (Java)
Bank Respublika ASC • Bakı