B

BlackDots

Son tarix: 17 Oktyabr 2026

Odoo ERP Sales Intern

İnformasiya TexnologiyalarıBakıTəcrübə18 Sentyabr 202642

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə haqqında

  • Komandamıza Odoo Sales Intern axtarırıq. Odoo ERP həllərinin bizneslərə təqdim edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və satış prosesində iştirak etmək istəyən, ünsiyyət və öyrənmə bacarıqları güclü olan namizədləri komandamıza dəvət edirik.
  • Bu vəzifədə namizəd Odoo ERP sisteminin imkanlarını və modullarını öyrənərək, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin biznes ehtiyaclarını analiz edəcək və uyğun Odoo həllərinin təqdim edilməsində iştirak edəcək.

Əsas vəzifələr

  • Potensial müştərilərin araşdırılması və müəyyənləşdirilməsi
  • Yeni müştərilərlə ilkin əlaqənin qurulması
  • Müştərilərin biznes ehtiyaclarını və problemlərini müəyyənləşdirmək
  • Odoo ERP sisteminin və müvafiq modulların müştərilərə təqdim edilməsi
  • Müştərilərə Odoo həllərinin üstünlükləri və funksionallıqları haqqında məlumat vermək
  • Satış görüşlərində və təqdimatlarda iştirak etmək
  • Müştərilərdən gələn sorğuları cavablandırmaq və uyğun həllərin təklif edilməsinə dəstək olmaq
  • Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsində iştirak etmək
  • Satış prosesini CRM/ERP sistemi üzərindən izləmək
  • Mövcud və potensial müştərilərlə münasibətlərin inkişaf etdirilməsinə dəstək olmaq

Namizədə tələblər

  • Satış və biznes inkişafı sahəsinə maraq
  • Güclü kommunikasiya və təqdimat bacarığı
  • Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı
  • Odoo ERP haqqında ilkin məlumat üstünlükdür
  • ERP sistemləri və biznes proseslərinə maraq
  • Öyrənməyə açıq və nəticə yönümlü olmaq
  • Komanda ilə işləmək bacarığı
  • Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə
  • Rus dili bilikləri üstünlükdür
  • Satış sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil

Internship proqramı 

  • Müddət: 3 ay
  • Odoo ERP sistemi və əsas modullar üzrə praktiki təlim
  • Real müştərilərlə satış prosesində iştirak
  • B2B satış və biznes inkişafı üzrə praktiki təcrübə
  • Təcrübəli satış və ERP mütəxəssislərindən mentorluq və dəstək
  • Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun ERP həllərinin təqdim olunmasını öyrənmək
  • Dinamik və komanda yönümlü iş mühiti
  • Internship proqramını uğurla tamamlayan namizəd üçün uzunmüddətli əməkdaşlıq imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar