A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 21 Avqust 2026

Ödəniş sistemlərinin idarəedilməsi bölməsinin bölmə rəhbəri

İnformasiya TexnologiyalarıBakıTam Ştat10 Avqust 2026124

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmənin adı

  • İnformasiya texnologiyaları əməliyyatları departamenti / Ödəniş sistemlərinin təminatı şöbəsi / Ödəniş sistemlərinin idarəedilməsi bölməsi

Vəzifənin funksiyaları:

  • Ödəniş sistemlərinin real mühitdə fasiləsiz fəaliyyəti üzərində monitorinqin təşkili, əməliyyat proseslərinin düzgün icrasına nəzarətin həyata keçirilməsi və yaranan nasazlıqların operativ aradan qaldırılmasının təmin edilməsi;
  • Ödəniş sistemlərinin istismar reqlamentlərinə uyğun olaraq inzibati və texniki idarəetməsinin təşkili, gündəlik əməliyyat jurnallarının və sistem göstəricilərinin analizinin aparılması;
  • Ödəniş sistemlərinin fəaliyyətinə təsir edən proqram təminatı və avadanlıqların iş qabiliyyətinə nəzarətin həyata keçirilməsi, zəruri hallarda aidiyyəti bölmələrlə birgə bərpa tədbirlərinin görülməsi;
  • Ödəniş sistemlərinin əməliyyat mühitində baş verən insidentlərin, nasazlıqların və kəsintilərin operativ qeydiyyatının, araşdırılmasının və sənədləşdirilməsinin təmin edilməsi;
  • SWIFT sistemi üzrə istifadəçi səlahiyyətlərinin idarə olunmasının təşkili, müvafiq qaydalara uyğun olaraq əməliyyatların icrasına nəzarətin həyata keçirilməsi, eləcə də sistem üzrə texniki nasazlıqların aradan qaldırılması və yeni versiyaların tətbiqinin təmin edilməsi;
  • Ödəniş sistemlərinin davamlılığının təmin edilməsi məqsədilə ehtiyat mexanizmlərin işləkliyinə nəzarətin həyata keçirilməsi, ehtiyat mərkəzdə testlərin aparılması, sistemlərin texniki göstəricilərinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Təcrübə

  • Müvafiq sahədə 4 il iş təcrübəsi tələb olunur.

Təhsil

  • İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.

Kompüter bacarıqları

  • Ödəniş sistemləri ilə iş təcrübəsi (AÖS, AZIPS, XÖHKS, SWIFT, HÖP).
  • Bu sistemlərin iş prinsiplərinin anlaşılması və onlara inteqrasiya təcrübəsi.
  • ISO-20022 və SWIFT MT formatları üzrə bilikləri.
  • REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərinin anlaşılması.
  • SQL üzrə baza bilikləri.
  • Biznes tətbiqlərinin quraşdırılması, konfiqurasiyası, idarə edilməsi və texniki problemlərin həlli sahəsində təcrübə.
  • Yeni həllərin inteqrasiyası, test edilməsi və texniki sənədlərin tərtib olunması üzrə təcrübə.
  • Texniki tapşırıqların hazırlanması və biznes proseslərin təhlili sahəsində sifarişçi ilə iş təcrübəsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar