600 ₼
Vakansiya haqqında
Komandamıza ofisin gündəlik işini təşkil edəcək, məsuliyyətli və işini yaxşı planlaşdıran ofis meneceri axtarırıq.
• inkişaf edən poliqrafiya şirkətində stabil iş;
• rəsmi əmək müqaviləsi;
• 5 günlük iş həftəsi (09:00 – 18:00);
• rahat iş şəraiti və peşəkar inkişaf imkanı.
Namizədlər CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.
Tələblər:
• ofis meneceri, administrator və ya oxşar vəzifədə iş təcrübəsi;
• məsuliyyətlilik, diqqətlilik və təşkilatçılıq;
• müstəqil işləmək və tapşırıqları vaxtında tamamlayaraq nəticəyə çatdırmaq bacarığı;
• kompüter və Office proqramlarından istifadə bacarığı;
• xoş ünsiyyət, düzgün yazı və nitq bacarığı.
İstehsalat və ya poliqrafiya sahəsində iş təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
• ofisin tələb olunan ləvazimatlar, mallar və digər zəruri ehtiyaclarla təmin olunmasını təşkil etmək;
• ofisin səliqə-sahmanına, təmizlik və texniki məsələlərə nəzarət etmək;
• təchizatçılar, podratçılar və kuryer xidmətləri ilə əlaqə saxlamaq;
• alış və sifarişləri təşkil etmək, çatdırılma müddətlərinə nəzarət etmək;
• daxil olan və göndərilən sənədlər və yazışmalarla işləmək;
• daxil olan zəngləri və müraciətləri qəbul etmək və yönləndirmək;
• inzibati sənədləri hazırlamaq və sistemləşdirmək;
• qonaqları qarşılamaq, görüşlərin və digər inzibati işlərin təşkilinə dəstək olmaq;
• rəhbərin cari tapşırıqlarını yerinə yetirmək və onların icrasını izləmək.
Oxşar vakansiyalar
Gözətçi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi • Xankəndi
Document Control Specialist
Glensol • Bakı
Növbə rəisi
TORNADO-Ş QSC • Bakı
Ассистент руководителя по технологиям и проектам
Italdizain Group • Bakı
Ofis meneceri
Ekom Construction MMC • Bakı
Menecer
KaryeraKadr • Bakı