A

Alutech

Son tarix: 26 Noyabr 2026

Ofis meneceri - Alutech (Bakı, 2026)

İnzibati İşlərBakıTam Ştat27 Oktyabr 2026161

800 ₼

Vakansiya haqqında

“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.

Tələblər:

  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və koordinasiya etmək. 
  • Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək. 
  • Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək. 
  • Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək. 
  • İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək. 
  • HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək.
  • Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.

İş şəraiti

  • Ünvan: Heydər Əliyev pr. 106a
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı: 800 AZN (net)

Uyğun namizədlər CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. 

Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Oxşar vakansiyalar