P
Prometech
PHP/Laravel - Full-stack Developer
1500 ₼
Vakansiya haqqında
Prometech korporativ müştərilər üçün müasir rəqəmsal həllər hazırlayan, ERP/CRM sistemləri, veb platformalar, marketplace-lər, SaaS məhsulları və mobil tətbiqlərin backend həllərinin hazırlanması istiqamətində fəaliyyət göstərən IT şirkətidir. Komandamıza peşəkar inkişaf etməyə motivasiyalı, yeni texnologiyaları öyrənməyə açıq və real layihələr üzərində işləmək istəyən PHP/Laravel Full-Stack Developer axtarırıq.
İşin təsviri:
- Müştəri tələblərinə uyğun veb və proqram həllərinin hazırlanması;
- PHP (Laravel) texnologiyası əsasında backend hissəsinin hazırlanması və dəstəklənməsi;
- React istifadə etməklə müasir və responsiv istifadəçi interfeyslərinin hazırlanması;
- ERP/CRM sistemləri, korporativ portallar, marketplace və SaaS məhsullarının hazırlanması və inkişaf etdirilməsi;
- Mövcud layihələrin optimallaşdırılması, yeni funksionallıqların əlavə edilməsi və texniki dəstəyin göstərilməsi;
- PostgreSQL və MySQL verilənlər bazaları ilə işləmək;
- Git vasitəsilə komanda daxilində versiya idarəetməsinin aparılması;
- Kod keyfiyyətinin qorunması, test olunması və sənədləşdirilməsi;
- Layihə komandası ilə sıx əməkdaşlıq edərək tapşırıqların vaxtında və keyfiyyətlə icrası;
- Süni intellekt alətlərindən (AI) istifadə etməklə proqramlaşdırma prosesinin məhsuldarlığının artırılması.
Gözləntilər:
- Ali təhsil (istənilən istiqamət);
- Minimum 3 il Full-Stack Developer və ya oxşar vəzifədə iş təcrübəsi;
- PHP və Laravel framework-u üzrə praktiki biliklər;
- HTML, CSS və React texnologiyaları ilə işləmə bacarığı;
- PostgreSQL və MySQL verilənlər bazaları ilə praktiki bacarıqlar;
- REST API-lərin hazırlanması və inteqrasiyası üzrə biliklər;
- Git ilə işləmə bacarığı;
- Təmiz, oxunaqlı və dəstəklənə bilən kod yazmaq bacarığı;
- Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı;
- Yeni texnologiyaları öyrənməyə və peşəkar inkişaf etməyə yüksək motivasiya.
- Node.js, .NET və ya Python (Django) üzrə təcrübə (üstünlük);
- Vue.js və ya Next.js ilə işləmə bacarığı (üstünlük);
- MongoDB ilə iş təcrübəsi (üstünlük);
- Microservices arxitekturası haqqında biliklər (üstünlük);
- Docker, CI/CD və digər DevOps alətləri üzrə ilkin biliklər (üstünlük);
- AI əsaslı proqramlaşdırma alətlərindən (məsələn, GitHub Copilot, ChatGPT və s.) effektiv istifadə təcrübəsi (üstünlük).
İş şəraiti:
- İş yeri: Bakı şəhəri (şəhər mərkəzi), ofis formatı;
- İş qrafiki: Bazar ertəsi-Cümə, 09:30-18:30;
- Əmək haqqı: 1500 AZN;
- Böyük miqyaslı layihələrdə iştirak imkanı;
- Peşəkar komandada işləmək və karyera inkişafı;
- Yeni texnologiyalarla işləmək və biliklərin davamlı inkişafı üçün əlverişli mühit.
Maraqlanan namizədlərdən CV və GitHub hesabı və ya portfolio linkini məktubun mövzu hissəsində "Ful-stack Developer" qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
C
Bugün
1C Mütəxəssisi (Tikinti sahəsi)
Crystal Group of Companies • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
4 İyul 2026
Full-stack Developer
Prometech • Bakı
Tam Ştat
—Müraciət et
T
3 İyul 2026
İnformasiya Texnologiyalarının İdarə Edilməsi (IT Governance) şöbəsinin aparıcı/baş mütəxəssisi
TuranBank ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 İyul 2026
Kibertəhlükəsizlik zəifliklərin idarəetməsi üzrə mütəxəssisi
Azericard • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 İyul 2026
Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq mütəxəssisi (SOC L1)
Azericard • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 İyul 2026
Helpdesk
Azericard • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et