Vakansiya haqqında
Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti
Vəzifənin funksiyaları:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması
- Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
- Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
- Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
- Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak;
- Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak.
Təhsil
- İqtisadiyyat/maliyyə - Ali təhsil
Təcrübə
- Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə
- İnvestisiya fondları haqqında qanun - yaxşı səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə
- Maliyyə hesabatlılığı – yaxşı səviyyədə
- Ümumi iqtisadiyyat - yüksək səviyyədə
Kompüter bacarığı
- MS Office proqramları - yaxşı səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - yüksək səviyyədə
- İngilis dili – yaxşı səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
İ
Bugün
Metodoloq
İdeal Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsinin rəisi
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Hüquqşünas
Avrora • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Dünən
Legal Intern
Nexia Azerbaijan • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
K
23 Sentyabr 2026
Legal Intern (İntern for 2 months, remuneration included)
Khazar Engineering • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
İ
22 Sentyabr 2026
Korporativ hüquqşünas
İdeal Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et